Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamağı ermənilər də öyrənməlidirlər

Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamağı ermənilər də öyrənməlidirlərHər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanılaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızın qəsbkar erməni işğalından azad edilməsindən sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayanır ki, bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır.
Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Müharibədən sonra azad olunmuş ərazilərə ölkə başçısının mütəmadi səfərlər etməsi isə quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə bu ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənib. Tezliklə bu bölgənin sürətli inkişafına və ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyinə nail olunacağı, orada yaşayacaq əhalinin rifahı üçün bütün lazımi tədbirlərin görüləcəyi şübhəsizdir.
Lakin məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası işlərinin aparılması prosesini düşmən ölkə bütün mümkün vasitələrlə əngəlləməyə, təxirə salmağa çalışır. Onların kəşfiyyat-diversiya qrupları sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərir. Məqsəd isə bəllidir: mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.
Onsuz da, qarşı tərəfin məqsədli şəkildə vaxtı ilə işğalda saxladığı bütün əraziləri, hətta hərbi təyinatı olmayan sahələri belə minalaması həm hərbçilərimiz, həm də mülki insanlarımız üçün təhlükə olaraq qalmaqdadır.
Müharibələr tarixinin ən acınacaqlı məqamlarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Beynəlxalq təcrübə onu göstərir ki, münaqişələr bitdikdən sonra əksər hallarda gələcəkdə mülki əhalinin zərər çəkməməsi üçün minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir. Tarixən həmişə müharibə aparan tərəflər arasında hərbi əməliyyatlar bitən zaman danışıqlara əməl olunmuş və öhdəliklər dinc formada yerinə yetirilmişdir.
Müharibədən sonra düşmən ölkə minalanmış sahələrlə bağlı xəritələri Azərbaycana təhvil verməli idi. Lakin Ermənistan belə bir niyyət nümayiş etdirmirdi. Dünya hərb və sülh tarixində isə bu cür ifratçı davranışlara çox nadir hallarda rast gəlinir. Ermənistanın kapitulyasiyasından 7 aydan artıq zamanın keçdiyi müddət ərzində işğalçı ölkənin hər hansı bir hərbçisi və ya vətəndaşı minaya düşərək həlak olmayıb. Deməli, minaların koordinatları qarşı tərəfdə mövcuddur.
12 iyun 2021-ci il tarixdə Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verməsi mina xəritələrinin Ermənistanda mövcudluğunun növbəti sübutu oldu. Bu hadisə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan diplomatiyanın növbəti parlaq qələbəsi kimi tarixə yazıldı və xeyli sayda vətəndaşımızın həyatının xilas olmasını özündə ehtiva etməklə yanaşı, həm də Ağdam rayonunun ərazisində aparılan bərpa-quruculuq işlərinin surətləndirilməsinə və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına daha tez bir zamanda qayıtmasını şərtləndirəcəkdir.
Digər işğaldan azad edilmiş torpaqlarımızda basdırılan minaların xəritələrinin verilməsi üçün də beynəlxalq qurumlar və dünyanın aparıcı ölkələri Ermənistana ciddi təzyiq göstərməli, dövlət sərhədində delimitasiya və demarkasiya işlərinin getdiyi bir dövrdə hər hansı bir təxribat-diversiya əməllərinin törətməməsi üçün işğalçı ölkəyə davamlı çağırışlar etməlidirlər.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, indi verilən başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağda birgə yaşaya biləcəkmi?
Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara, bütün dinlərə münasibət eynidir. Tolerantlıq xalqımızın bugünkü nailiyyəti yox, tarix boyu formalaşmış davranış tərzidir. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də bir gün onların yeganə yolunun Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamaq olduğunu başa düşəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.
Amma, Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda ermənilər qarşıdurma yaradırlar. Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, Azərbaycanı təxribatlarla, növbəti müharibə ilə hədələməyə, ən müxtəlif şəkildə Azərbaycana ziyan vurmağa çalışırlar. Bütün bunlar isə o deməkdir ki, Ermənistan hələ də Azərbaycanın ona endirmiş olduğu ağır, ölümcül zərbədən nəticə çıxarmayıb.
Amma bütün bunlar əbəsdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunda olarkən bəyan etdi ki, "Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın". Ona görə də, erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməli, Azərbaycanın ona endirdiyi ağır zərbədən nəticə çıxararaq Azərbaycan xalqına düşmən mövqeyindən əl çəkməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 794   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Azərbaycan Prezidenti İlham Əliyevin adından mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

7 may
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər" - Politoloq

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

8 may
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may