Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir

Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidirBu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, "Xan qızı" bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.
İmzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.
Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.
Bəyannamədə "Zəngəzur dəhlizi"nə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan bir başa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nəaliyyətdir.Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə "Zəngəzur dəhlizi"ndən istifadə edəcək. Hətta "Zəngəzur dəhlizi" Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türk iqtisadiyyatı üçün "Zəngəzur dəhlizi" ixrac marşrutlarının şaxələndirilməsi deməkdir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 450   Tarix: 17 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021