İranın yeni prezidenti kimdir? – DOSYE

İranın yeni prezidenti kimdir? – DOSYEİranın yeni prezidentinin adı məlum olub. İranın Secki Qərargahı açıqlayıb ki, iyunun 18-də keçirilən seçkinin ilkin nəticələrinə əsasən, İbrahim Rəisi qalibdir.

Artıq prezident Həsən Ruhani xələfini təbrik edib.

İbrahim Rəisi kimdir?

İbrahim Rəisi 1960-cı ildə İranın əsas dini mərkəzlərindən biri olan Məşhəddə (Noqan məhəlləsində) anadan olub.

O, 15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzinin nüvəsi sayılan Qum hövzəsində təhsil alır.

İbrahim Rəisi hüquqşünasdır.

Rəisi 1981-ci ildə Kərac şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə vəzifəsində bir az da irəliləyərək Həmadan vilayətinin prokuroru kürsüsündə əyləşib.

Az müddət sonra isə, Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Onun fəaliyyəti ali dini rəhbər Seyid Əli Xameneinin ürəyincə olduğundan daha yüksək vəzifəyə təyinat alır. O, 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir.

Rəisi 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilir 10 il bu vəzifəsində çalışır.

2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəməsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib.

2015-ci ildə ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur.

Qeyd edək ki, İbrahim Rəisi, bundan əvvəlki prezident seçkilərində də (2017-ci ilin mayın 19-u) namizəd olub./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1515   Tarix: 19 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

7 may
.

Mask bəşəriyyətin qalaktikanı koloniyaya çevirməsindən danışıb

ABŞ-li milyarder və "SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, qalaktikada koloniya yaratmaq üçün insan sivilizasiyasının bir milyon il davam etməsi lazımdır. "Bir sivilizasiya olaraq bir milyon il qala bilsəydik, bu inanılmaz olardı. Biz qalaktikanın hər yerində olardıq"

8 may
.

Fironların istirahət etdikləri yer aşkar edilib - FOTO

Arxeoloqlar Sinay səhrasında fironlar və ordular üçün 3500 illik istirahət yeri aşkar ediblər. Çiy kərpicdən tikilmiş saray II Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün tikilmişdir. Bunu onun adı olan yazılar göstərir. O

6 may
.

Toya sel belə əngəl ola BİLMƏDİ: Gəlin maşını suyun içindən keçdi -VİDEO

Türkiyənin Şırnak Cizre və Silop rayonlarında dünən yağan leysan yağışı ilə sel meydana gəlib. Seldən təmizləmə işləri davam edərkən, şəhərdə maraqlı görüntülər qeydə alınıb. xarici mediaya istinadən xəbər verir ki, həmin gün evlənəcək olan cütlük, toyu etməyə qərar veriblər. Sosial mediada paylaşıla

6 may
.

Qovulan qız şagird, silahla məktəbə qayıdaraq atəş açmağa başladı - VİDEO

Türkiyədə davamsızlıq və intizam cəzası səbəbindən məktəbdən qovulan şagird, silahla məktəbin qapısına gəlib. xarici mediaya istinadən xəbər verir ki, məktəbə daxil olmaq istəyən, qapını təpiklə vuran və havaya bir neçə dəfə atəş açıb. Ətrafda və məktəb daxilində böyük çaxnaşma yaşanıb. Qız şagird qapın

7 may
.

Kral Şahzadə Harri ilə görüşdən imtina edib

Böyük Britaniya Kralı II Çarlz Londona səfəri zamanı kiçik oğlu Şahzadə Harri ilə görüşməkdən imtina edib. Mayın 8-də Şahzadə Harri Müqəddəs Pavel baş kilsəsində özünün təsisçisi olduğu "Invictus Games"in ("Məğlubedilməzlərin Oyunu" - hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmi

8 may
.

Müğəninin iş adamı həyat yoldaşı vanna otağında ölü tapıldı

Türkiyəli müğənni Yeşim Erçetinə ağır itki üz verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin iki il əvvəl evləndiyi iş adamı həyat yoldaşı Fevzi Kardeseci vəfat edib. Bu barədə ifaçı özü bildirib. Fevzi Kardeseci vanan otağında ölüb. Onun başı mərmərə dəyib və oradaca vəfat edib. Onun cansı

6 may
.

İsveç terrorla bağlı Avroviziyada təhlükəsizlik tədbirlərini gücləndirir

Avroviziya Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində islamçıların İsrail nümayəndə heyətinə təhdidləri səbəbindən damlara snayperlər yerləşdirmək də daxil olmaqla təcili təhlükəsizlik tədbirləri görülür. xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında apardığı əməliyyatla

7 may
.

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub. Qətldə şübhəli bilinən poli

8 may