COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə bağlı ən çox verilən suallara CAVABLAR

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə bağlı ən çox verilən suallara CAVABLARAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vətəndaşlar tərəfindən vaksinasiya ilə bağlı ən çox verilən sualları cavablandırıb.

1. "İmmunitet sertifikatı" nədir və kimlərə verilir?

"İmmunitet sertifikatı" koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər.

2. "İmmunitet sertifikatı"nın etibarlılıq müddəti nə qədərdir?

COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı rəsmi qeydiyyata düşmüş şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən "İmmunitet sertifikatı"nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

3.Altı ay əvvəl xəstəliyə yoluxmuş və Səhiyyə Nazirliyi Elmi Şurasının 02 iyul 2021-ci il tarixindəki müvafiq qərarından əvvəl 1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş "İmmunitet sertifikatı"nın müddəti uzadılırmı?

02 iyul 2021-ci il tarixindən sonra "İmmunitet sertifikatı"nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı" müddətsiz olaraq uzadılır. 02 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

4.Azərbaycanda COVID-19 xəstəliyinə qarşı hansı vaksinlər tətbiq olunur?

Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: CoronaVac (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

5. "Peyvənd sertifikatı" nədir və kimlərə verilir? Sertifikatı necə əldə etmək olar?

"Peyvənd sertifikatı" COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. https://randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. 2 doza istənilən vaksin vurdurmaqla peyvənd sertifikatı əldə edə bilərsiniz.

6. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti nə qədərdir?

"Peyvənd sertifikatı" müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

7. "İmmunitet sertifikatı"nı "Peyvənd sertifikatı" ilə necə əvəz edə bilərəm?

Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, "Peyvənd sertifikatı" əldə edə bilərsiniz. https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

8. Peyvənd olunmuş şəxs hansı müddətdən sonra digər istehsalçının vaksinini vurdura bilər?

2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı"nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

9. Hansı hallarda peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına ehtiyacı yaranır? Buster doza nə deməkdir?

Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

10. Buster doza kimi hansı istehsalçı şirkətin vaksinini qəbul etməliyəm? 3-cü doza əvvəl qəbul etdiyim iki doza vaksinlə eyni istehsalçı olmalıdırmı?

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

11. Peyvəndə əks göstərişi olan şəxslərə bununla bağlı tibbi arayışın verilməsi planlaşdırılıbmı?

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

12. Xarici ölkələrin peyvənd və immunitet sertifikatları Azərbaycanda tanınacaq?

Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir./medicina.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 804   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021