İlham Əliyev: "Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər"

İlham Əliyev: "Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər"Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir".

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1433   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021