Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMASentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə "vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq" açıqlaması da bunu təsdiqləyir.

Sonxeber.az xəbər verir ki, hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, 2021/2022-ci tədris ilində ənənəvi təhsilə daha sağlam keçilməsi üçün vaksinasiya prosesinin sürətləndirilməsi əsas prioritet olaraq götürülüb. Elə Nazirlər Kabienti yanında Operativ Qərargahın "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında da ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərə COVID-19 pasportunun olması tələbi qoyulub.

Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Mənbə qeyd edir ki, bu tələblərin qoyulması həm də ənənəvi təhsilə keçilməsi üçün hazırlıq xarakteri daşıyır. Bununla belə ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması nəzərdə tutulur. Bunun həmin dövrə qədər peyvəndləmə prosesini yekunlaşdırmaq üçün zaman qazanmağa xidmət etdiyi bildirilir.

Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır: "Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7723   Tarix: 31 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel