"Qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…" - Fotolar
Mərhum Xalq artisti Ramiz Novruzun aktyor-müğənni oğlu Cavidan Novruz atası ilə bağlı təsirli paylaşım edib.
"Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında atasının səhnədə çəkilmiş fotolarını paylaşıb.
Oğlu sənətkarla bağlı bir xatirəsini də bölüşüb: "Bir dəfə uşaq vaxtı gedib atamın tamaşasına baxmışdım. Tamaşanın sonunda obraz olaraq onu öldürürdülər. Mənim də 7-8 yaşım olardı. Çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqlayıb dedi ki, "Dəlisən sən?! Aktyorlar ölmür ki…" O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, atam o sözü cismən demir. Nə isə, iki gündür yaman çox darıxıram…
Bu arada onu da deyim ki... Nə isə deməyim, qalsın. Elə burada qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…"
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz 2023-cü ilin 21 fevralında, 67 yaşında uzunsürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqust2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyul"Sandıqdakı qardaşım" - Aysel İbrahimli
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə
15 mayAybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto
Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub
13 maySəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyul"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyulAfaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe
5 iyun