Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir
Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada 02 avqust 2021-ci il saat 9:00 dan etibarən "bakibagcayaqebul.edu.az" saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən Sonxeber.az-a daxil olan xəbərə görə, artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.
Valıdeynlər sayta daxil olaraq müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.
İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi " *22-24" nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlardada elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1489 Tarix: 01 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabrDərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı
20 dekabrSabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə
21 dekabrAvtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind
20 dekabr