"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ"Azərbaycan Dəmir Yolları" QSC-nin Yükdaşımaları departamentinin rəis müavini, Yük və Kommersiya xidmətinin rəisi Babək Əliyev Sonxeber.az-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Son 1 il ərzində həyata keçirilən layihələr haqqında danışardınız.

- "Azərbaycan Dəmir Yolları" QSC-nin son illər ərzində həyata keçirdiyi mühüm layihələrdən biri Bakı-Tiblisi-Qars layihəsidir. Bu dəmir yolu xətti Azərbaycan ilə Türkiyəni bir-birinə bağlayan polad magistral yoldur. Bu yol vasitəsi ilə Çindən, Orta Asiya ölkələrindən tüklər Xəzər dənizi ilə birbaşa Türkiyəyə, oradan isə "Şərq-Qərb nəqliyyat dəhlizi" vasitəsi ilə Orta Asiya ölkələrinə və Çinə çatdırılır. 2017-ci ildə layihənin açılışından sonra həmin istiqamətlərdə yüklərin daşınmasında dinamik artım müşahidə edirik. 2020-ci ilin 7 ayında 180 min, 2021-ci ilin 7 ayında isə 284 min ton yük daşınıb. Bu da o deməkdir ki, yükdaşımada 50 faizədək artım olub.

Bundan əlavə, Şimal-Cənub dəhlizini birləşdirən İran İslam Respublikası ilə daşınan yüklər var. Həmin yüklərin daşınması optimal şəkildə həyata keçirilir. Bu yüklər İranla Rusiya arasında daşınan yüklərdir. ADY həmçinin Cənub-Qərb dəhlizi üzərindən də yüklərin daşınmasını həyata keçirir. İşğaldan azad edilmiş ərazilərimizdə Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xəttlərinin yenidənqurulması istiqamətində intensiv işlər həyata keçirilməkdədir.

Şanlı Azərbaycan ordusunun əldə etdiyi uğurdan sonra 2020-ci ilin noyabr ayında cənab Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Bu yol Yevlaxla Xankəndi arasında olan 104 kilometrlik ərazidə yerləşir.

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ1991-1993-cü illərdən sonra həmin ərazilərin son nöqtəsi Tərtər rayonunun Təzəkənd stansiyası olub. 30 il müddətində insanlar öz doğma yurdlarına həsrət qalmışdı. Hazırda Bərdə-Təzəkənd istiqamətində tikinti işləri başlayıb. Tikintinin həyata keçirildiyi ərazinin sahəsi 19 kilometrdir və iki hissədən ibarət olacaq. Növbəti mərhələdə isə dəmir yolunun 26 kilometrlik hissəsində tikinti işlərinə başlanılacaq. Bu dəmiryolu Təzəkənddən Ağdam stansiyasına qədər uzanacaq. İnfrastrukturun bərpası zamanı stansiya binaları, ötürücü qurğular, yollar və körpülərin tikintisi planlaşdırır. Tikinti zamanı piyadaların və avtomobillərin rahat və təhlükəsiz hərəkəti nəzərə alınacaq. Müasir standartlara uyğun keçidlərin və tunellərin inşası planlaşdırılır.

Uğurlu layihələrimizdən biri də Sumqayıt- Yalama layihəsidir. Bu layihə 2 hissədən ibarətdir və hər biri 166.5 kilometrlik layihələrdir. Bu yolun tikintisi Azərbaycanı Şimal qonşusu ilə birləşdirir. Cari ildən başlayaraq bu layihələrin həyata keçirilməsində daha dinamik addımlar atılır. Burada əsas hədəf həm sərnişin, həm yük daşımalarında stansiyalar arası sürət həddinin artırılmasıdır. Belə ki, sərnişinlərin daşınmasında sürət həddi 120, yüklərin daşınmasında isə 80-100 km nəzərdə tutulub.

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ- Pandemiya şəraiti yükdaşımalarına necə təsir göstərib?

Dünyada "COVİD-19" pandemiyasının davam etdiyi şəraitdə iri şirkətlər yüklərini daha çox dəmir yolu vasitəsi ilə daşımağa üstünlük verirlər. Bunun əsas səbəbi isə odur ki, dəmir yolu vasitəsi ilə daşınan yüklərdə minimum insan əməyindən istifadə olunur. Ona görə də dəmir yolu ilə daşınan yüklərdə azalma müşahidə edilmir. Dəmir yolu vasitəsi ilə keçən ilin 7 ayında 8 milyon 329 min, bu ilin 7 ayında isə 8 milyon 386 min ton yük daşınıb.

- "Azərbaycan Dəmir Yolları" QSC-nın əməkdaşlarından müharibədə şəhid və qazi olanlar oldumu?

- 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə çalışan digər dövlət qurumları kimi, ADY də bu prosesdə fəal iştirak edərək dəmir yolu ilə texnikaların vaxtında sərhədə çatdırılmasını təmin etdi. Həmçinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin 199 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 125 nəfəri müxtəlif medallarla təltif olunub, 4 nəfər isə şəhidlik zirvəsinə ucalıb.

- Daxili və beynəlxalq yükdaşımalarda qiymət artımı gözlənilirmi?

- "Azərbaycan Dəmir Yolları" QSC -nin beynəlxalq yükdaşıma tarif siyasəti ilə müqaviləsi var. Bütün dünya dövlətlərinin dəmir yolları bu müqaviləni ratifikasiya ediblər tarif siyasəti tənzimlənir. Müddəalara əsasən, hər bir dövlətin dəmir yolu öz ərazisində tarifi müəyyənləşdirir.

Aysel Yusifqızı
Aytəkin Cəlali

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1908   Tarix: 11 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"COP29 avtoelektrik və hibrid avtomobillərə marağın artmasına təkan oldu" - VİDEOMÜSAHİBƏ

"Bildiyimiz kimi artıq 2022-ci ildə ölkəmizdə avtoelektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq olundu. Bu güzəştlərdən sonra ekaloji təmiz nəqliyyat vasitələrinə maraq artdı". Bu sözləri AADA ictimai birliyinin icraçı direktoru Eyyub Əliyev -a müsahibəsində COP29-dan sonra ekoloj

24 yanvar 2025
.

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın" - Rüfət Quliyev - VİDEOMÜSAHİBƏ

"Gecə-gündüz dua edirəm ki, cənab Ərdoğan qələbə çalsın. Türkiyə xalqı seçimi düzgün edəcək. Mən qardaş ölkənin seçkisinə müdaxilə edə bilmərəm, amma Azərbaycan üçün də, Türkiyə üçün Ərdoğanın seçilməsi vacibdir. Bizi Ərdoğan kimi istəyən lider olmayacaq". Bu sözləri Milli Məclisin deputat

22 may 2023
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

3 oktyabr
.

"Bizim həmkarlar son zamanlar aztəminatlı təbəqəyə çevriliblər" - İlham Quliyev - VİDEOMÜSAHİBƏ

"Dövlət tərəfindən 2 bina inşa olundu və orada 400-ə yaxın jurnalist evlə təmin edildi. Düşünürəm ki, bizim çox təəssüf ki, aztəminatlı təbəqəyə çevrilmiş jurnalistlərin mənzil problemlərinin həll olunması ilə bağlı yaxşı nümunə oldu. Amma sonradan təəssüf ki, bu istiqamət dəyişdirildi və jurnalistlərimi

24 oktyabr 2024
.

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib. O, jurnalistin müvafiq sualına cavabında deyib

22 yanvar 2024
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

9 mart 2023
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023
.

"Azərbaycanın dövlət siyasətində gənclərin rolu hər zaman mühüm yer tutub" - Günay Ağamalı

2 fevral Azərbaycanda Gənclər Günüdür. Sözügedən gün münasibət ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı -ın sualların cavablandırıb. - Günay xanım, 2 fevral - Azərbaycanda Gənclər günüdür. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsind

2 fevral 2025