"Bizim əsas vəzifəmiz bərpa işlərində yaxından iştirak etməkdir" - Anar Sarıyevlə MÜSAHİBƏ

"Bizim əsas vəzifəmiz bərpa işlərində yaxından iştirak etməkdir" - Anar Sarıyevlə MÜSAHİBƏKorrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev Sonxeber.az-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- 44 günlük müharibədəki qələbəmiz haqqında fikirlərinizi öyrənmək istərdik.

- 44 günlük zəfər savaşı müstəqil Azərbaycan tarixində şanlı bir səhifədir. Bu tarixi bizə yaşadan rəşadətli Azərbaycan orudusu və onun Ali Baş Komandanı Cənab İlham Əliyevə, qalib sərkərdəyə öz təşəkkürümüzü bildiririk. 44 günlük müharibə 30 il dondurulan münaqişənin həllinə gətirib çıxardı və regionun həm geopolitik, həm də yeni iqtisadi potensialını ortaya qoydu.
Hər bir xalqın formalaşmasında böyük qələbələrin çox önəmi var. Böyük qələbələr xalqların istər mədəni, istərsə də iqtisadi və sosial cəhətdən inkişafına gətirib çıxarır.
Müharibə dövründə xalqla dövlət arasında sıx vəhdət müşahidə etdik. Bu birlik həqiqətən də dəmir yumuruğa çevrildi və düşmənə sarsıdıcı zərbə endirdi. Əldə olunan nəticələr onu göstərdi ki, ölkəmizin yeni iqtisadi potensialı formalaşır.
Sovetlər birliyində Azərbaycanın ən böyük iqtisadi inkişaf mərkəzlərindən biri işğal altında olan ərazilər idi. Biz 1992-1993-cü ildən Ermənistan tərəfindən təcavüzə məruz qaldıq. Həmin ərazilərdəki iqtisadi potensialımızdan istifadə edə bilmədik. Qeyd etmək lazımdır ki, həmin ərazilər Azərbaycanın təbii turizm mərkəzləri, əkinçilik kənd təssərüfatı mərkəzləri olub. İşğal altında olan torpaqlarımız Ermənistan iqtisadiyyatının 30%-ni təşkil edirdi.
Biz 44 günlük müharibədə Ermənistana həm hərbi, həm də iqtisadi cəhətdən sarsıdıcı zərbələr vurduq. Xarici jurnalistlərin işğaldan azad olunan ərazilərə səfəri zamanı işıqlandırıldı ki, bizim ərazilərimizdə tarixi abidələri məhv ediblər, ağacları kəsiblər, ekoloji fəsadlar törədiblər. İndi isə o ərazilərdə sürətli şəkildə quruculuq işləri gedir.

- İşğaldan azad olunan ərazilərdə gedən quruculuq işlərində gənclərin rolu nədən ibarətdir?

- Biz dekabr ayında Qarabağın sosial-iqtisadi inkişafı modeli mövzusunda bir layihəyə imza atdıq. Beynəlxalq pandemiya şəraitində biz də çalışdıq ki, tədbirlərimizi pandemiya qaydalarına uyğun keçirdək. Tədbirimizdə millət vəkilləri, beynəlxalq iş adamları iştirak etdi. Məqsədimiz regionun iqtisadi potensialını, imkanlarını yerli və xarici iş adamlarının diqqətinə çatdırmaq, onlara ərazilərin reabilitasiyası, bərpasına və inkişafı üçün nəzərdə tutulan vəsaiti cəlb etməkdən ibarət idi. Bu məqsədlə bizim fevral ayında Türkiyəyə səfərimiz oldu və orada bir qrup türkiyəli iş adamları ilə görüşdük. Biz mütəmadi olaraq istər yerli, istər beynəlxalq investorlarla əlaqələrimizi saxlayırıq, onlar üçün maraqlı təkliflər hazırlayırıq və onları regionun iqtisadi inkişafında yaxından iştirak etməyə dəvət edirik.

Biz regionun həm təbii şəraitini, həm də logistik imkanlarını yüksək səviyyədə dəyərləndiririk. Xüsusilə də Prezident tərəfindən həyata keçirilən məqsədyönlü addımlar bunun birbaşa isbatıdır. İşğaldan azad olunan ərazilərdə beynəlxalq hava limanlarının tikintisi, dəmir yolu xətlərinin bərpası regionun logistik imkanlarını onqat artırır. Azərbaycan çox böyük nəqliyyat dəhlizi üzərində yerləşir. İndi isə ölkəmizdə bu dəhlizin inkişaf etdirilməsi üçün addımlar atılır. Bu addımların atılması nəticəsində yeni regionlar - Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionu - yaradıldı. Bu iqtisadi regionlarda həmin logistik imkanların yaratdığı iqtisadi potensial formalaşacaq, yerli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görüləcək. İşğaldan azad olunan ərazilərdə həyata keçiriləcək iqtisadi, infrastruktur, sosial layihələr nümunə olacaq. Bu ərazilərin bərpası üçün yerli və beynəlxalq şirkətlər birgə çalışır.

Zəngilan rayonunda ağıllı kəndlərin tikintisi üçün beynəlxalq şirkətlərlə bağlanan müqavilələrə şahid olduq. Bu, yeni bir inkişaf mərhələsidir. Bu proseslərin belə sürətlə baş verməsi bizi düşünməyə məcbur edir. Regionun və işğaldan azad olunan ərazilərin bərpası və o ərazilərə qayıdışının vədini cənab İlham Əliyev Cocuqmərcanlıda vermişdi. O zaman "Cocuqmərcanlıdan Şuşaya" devizi səsləndirilmişdi və bu gün həmin deviz gerçəkləşib. Bizim əsas vəzifəmiz isə bərpa işlərində yaxından iştirak etməkdir.

Azərbaycan əhalisinin böyük əksəriyyətini gənc nəsil təşkil edir. Gənclər ölkəmizin inkişafı üçün bütün sahələrdə fəal rol oynayırlar. 2020-ci il "Könüllülər ili" idi. Bu adı Azərbaycan gəncliyi döyüş meydanında öz igidliyi ilə həqiqətən də doğrultdu. Bu gün Azərbaycan gəncliyi bütün dünyada ölkəmizi çox yüksək səviyyədə təmsil edir. Gənclərimiz istər intellektual oyunların və beynəlxalq yarışların, istərsə də mədəni-kütləvi tədbirlərin təşkilində böyük bir məktəbə qurublar. İndi isə Azərbaycan gəncliyi öz potensialını regionun bərpasına yönəldib. İşğaldan azad olunan ərazilərdə çalışan yerli şirkət mütəxəssislərinin çoxu azərbaycanlıdır.

- Regiona qayıdışla bağlı hansı tədbirlər görülür?

- Qeyd etmək istəyirəm ki, regiona qayıdış üçün böyük bir proqram hazırlanır. Bunun üçün dövlət tərəfindən Qarabağın Dirçəliş Fondu yaradılıb. Biz bu fondun tədbirlərini və atdığı addımları izləyib alqışlayırıq. Azad olunan ərazilərdə yaranacaq təhsil, səhiyyə, zavod müəssisələrində əslən oralı olmayan gənclərimiz belə, oxumağa, işləməyə təşəbbüş göstərirlər. Biz hər dəfə gənclərlə görüşən zaman onların gözündəki o istəyi, enerjini görə bilirik. Bilirik ki, həmin ərazilərdə çox sürətli bərpa işləri gedir.

Bu yaxınlarda xarici diplomatların da Şuşaya səfəri oldu. Biz görürük ki, Şuşa hər gün bir az daha öz əzəmətinə geri qayıdır. Bu torpaqların 30 il həsrətində olmuşuq və indi həmin ərazilərin bərpası üçün hamımız bacardığımızı etməli, bir növ "əlimizi daşın altına qoymalıyıq".
Biz uzun müddətdir ki, ictimai sektorda fəaliyyət göstəririk. Hər bir ölkənin inkişafında vətəndaş institutunun fəaliyyəti danılmazdır. Biz də hər zaman çalışmışıq ki, dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasətə dəstək olaq, gəncləri doğru şəkildə maarifləndirək, Vətənə, dövlətə sevgini izah edək, təşviq edək. Bizim gənc sahibkarlar qrupu hər il mütəmadi olaraq gənclərlə görüş keçirir. Bu görüşlərdə isə çalışırıq gənclərimizə motivasiya verək. Biz gənclərimizi bacarıqlı iş adamları, ziyalılar, siyasətçilərlə görüşdürməyə çalışırıq ki, onların həyat hekayələrindən hansısa nümunələr götürsünlər.

Həmçinin, gənclərin işsizlik probleminin aradan qaldırılması üçün də əlimizdən gələni edrik. Çox vaxt gənclərin işlə təmin olunmamasında iş təcrübəsinin olmaması əsas gətirilir. Bunların aradan qaldırılması üçün onlardan əməkdaşlıq etdiyimiz şirkətlərin təcrübə proqramında iştirak etmələrini xahiş edirik. Daha sonra bəziləri hətta oradaca işlə təmin olunurlar.

- Müasir gənclərimizdə nələri görmək istəməzdiniz?

- Bizim gənclərimiz çox bacarıqlıdır. Məni narahat edən məsələ isə gənclərimiz arasında pis vərdişlərə meyilin olmasıdır. Xüsusilə də narkotik və psixotrop maddələrdən istifadə geniş yayılıb. Cəmiyyətin buna anında reaksiya verməsi nəticəsində də aidiyyatı qurumlar çox operativ şəkildə bu istiqamətdə addımlar atmağa başlayıb. Bu tip vərdişlərin aşılanması ən çox gənclərə yönlənir, çünki bu, həssas təbəqədir. Bütöv bir cəmiyyət, ölkə və dünya olaraq birləşib belə vərdişlərə qarşı mübarizə aparmalı, gənclərimizi qorumalıyıq.

Aytəkin Cəlali


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1073   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

5 may 2022
.

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır. "İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kənd

15 iyul 2023
.

"Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur"- Elman Nəsirov -VİDEOMÜSAHİBƏ

"Cənab prezidentin mövqeyi bundan ibarətdir ki, rus sülhməramlıları Qarabağda 5 il qalsın.İmzaladığımız sənəddə qeyd olunub ki, tərəflərdən biri etiraz etməsə, rus sülhməramlılarının mandatı uzadıla bilər. Belə olan halda, biz etiraz edirik. Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 i

11 oktyabr 2023
.

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin " - Müşfiq Cəfərov - VİDEOMÜSAHİBƏ

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin. İranda 40 milyon azərbaycanlı yaşayır. Orada bizim qohumluq əlaqələrimiz var, gediş-gəlişimiz hər zaman olub. Qardaşın qardaşa güllə atması mümkün deyil.Çünki onlr bizim həmvətənlərimizdir. Ancaq oradakı rejim ürəkaçan deyil". Bu sözlər

6 aprel 2023
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

9 mart 2023
.

Razi Nurullayev: "Vahid Əhmədovun başına dubinka dəyməyib, mənim başıma dəyib" -VİDEOMÜSAHİBƏ

"Kimsə xalqın məhəbbətini qazanmaq istıyirsə, bunu başqalarını hədəf alıb özünü yaxşı göstərməklə etməməlidi. O insan o zaman bunu edə bilər ki, özü məşəqqətlər yaşamış olsun,dissedent həyatı sürsün, həbs olunsun , təzyiq olunsun, bir dəfə parlamentdən qovulsun, bir dəfə xaricə buraxılmasın, bi

29 aprel 2023
.

Rusiya-Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə çevriləcək?-DEPUTATLA VİDEOMÜSAHİBƏ

"Azərbaycan hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin qorunmasının tərəfdarıdır". Bu sözləri -a müsahibəsində millət vəkili Ceyhun Məmmədov söyləyib. Deputat qeyd edib ki, Azərbaycan müharibə istəmir və müharibə hər bir xalqa müsibət, faciə gətirir:. "Ukraynad

2 mart 2022
.

"Ermənistan təkbaşına belə təxribat edə bilməz" - Emin Əliyev

"Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra həm canlı qüvvə, həm psixoloji baxımdan tar-mar olmuş vəziyyətdədir. Bu psixoloji gərginlik və beynəlxalq nüfuzun itirilməsi imkan verə bilməz ki, Ermənistan təkbaşına belə təxribatlar etsin". Bu sözləri Yeni Azərbaycan partiyasının Zəngila

20 sentyabr 2022