Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb.
O bildirib ki, 2008-ci il təvəllüdlü oğlu A.Mehdiyevdə psixoloji problemlər olub və bununla bağlı müalicə alıb. Son aylarda isə Ayxanın vəziyyəti daha da kəskinləşib: "Mənim 16 yaşlı digər oğlum onkoloji xəstədir, onu Türkiyədə müalicə etdiririk, hər ayın böyük hissəsini Ankarada onun yanında oluram və indiyədək 9 dəfə kimyaterapiya kursu alıb. Bu müddətdə Ayxanın da xəstəliyi kəskinləşib. 2 ay idi gecələr yata bilmirdi. Əvvəllər də psixoloji xəstəlik keçirmişdi, 2022-ci ildə müalicə alandan sonra xeyli yaxşılaşmışdı, növbəti dəfə 2025-ci ildə müalicə almışdı. "Montin"dəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, növbəti dəfə digər həkim Samirə xanımın qəbulunda olub. Mən özümü qınayıram ki, Ayxanla son aylarda çox yaxından maraqlana bilməmişəm. Anası deyirdi, yuxu dərmanı qəbul edib, yaxşılaşıb. Amma xərçəngdən əziyyət çəkən digər övladıma görə ona həmin diqqəti göstərə bilməmişik".
Fotoda: Ayxan Mehdiyev
Ağa Mehdiyev bildirib ki, hadisədən sonra həbs edilmiş oğlu ilə görüşüb: "O, hələ də özündə deyil. Bu gün yanında idim, görüşün sonunda ayağa durdum, deyir mən də gəlirəm? Yəni hələ də özündə deyil. Soruşuram kimi görmək istəyirsən, kim gəlsin səni görməyə? Yenə susur, özündə deyil. Mən özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım. Əslində həkimə zəng etdim, dedi məzuniyyətdəyəm, sonra səhlənkarlıq etdim aparmadım. Anası yuxu dərmanları verdi, bir az yaxşılaşdı, sonra daha da pisləşdi. Əvvəllər çox yaxşı idi, öz bacarığı ilə İdman Akademiyasına qəbul olunub, 2-ci kursda təhsil alırdı".
Faciəvi hadisə ilə üzləşmiş ata bildirib ki, övladları arasında hər hansı fərq olmayıb, bir-birlərinə münasibətləri həmişə yaxşı olub: "Ayxan xəstəxanada olanda biz Gülarə ilə gül-çiçəklə onu qarşılamağa getmişik. İndi sosial şəbəkələrdə kimlərsə ağzına gələni yazır, bilib-bilmədən fikirlər bildirirlər. Amma yıxılana balta vurmaq olmaz axı, bizim öz dərdimiz var axı. Bizim ailədə heç vaxt uşaqlar arasında nə isə fərq olmayıb. İndi qızımın yarımçıq rəsmləri qalıb evdə... O, həmişə öz sənətinə fikir yönəldirdi. Bu hadisə ailəmiz üçün böyük zərbə olub".
Aslan Vəliyev


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Elçin Babayev vəzifəsindən azad olundu
Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısı jurnalistləri ittiham etdi (VİDEO)
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Məhkəmə general Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: ölənlər və yaralananlar var