"İrşad"ın "VİP" müştərisindən ŞİKAYƏT və qarşı tərəfdən AÇIQLAMA
"İrşad" mağazalar şəbəkəsindən şikayət var.
Sonxeber.az-ın verdiyi xəbərə görə, müştəri Kamran Hüseynov ondan qaynaqlanmayan problemə görə, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən "İrşad" mağazalar şəbəkəsindən narazı ayrılıb.
Kamran Hüseynov bildirir ki, aldığı telefonun kamerasında problem aşkarlanıb:
""İrşad" mağazasından 8GB-lıq "Xiomi mi 11 lite" aldım. 2 gün işlətdikdən sonra telefonun kamerasında problem aşkar etdim və servisə apardım. 1 saat saxladıqdan sonra telefonun həqiqətən zavod qüsurlu olduğunu təsdiqlədilər. Sonra mənə dedilər ki, sistemdə bu məhsulun Bakı filiallarında qalmadığı görünür, rayondadır. Lakin əgər eyni mal yox idisə, öncədən bunu bildirməli idilər. Dediklərinə görə, rayondan mal 3 günə gəlir. Mən niyə 3 gün telefonsuz qalmalı idim? Sonra isə 6GB-lıq olanı təklif etdilər. Razılaşdım. Qeydiyyata aldılar, Bulvar filiallarından götürəcəyimi dedilər.
Sonra isə bildirdilər ki, 3 gün qabaq bu modeli götürəndə faizsiz idi, indi isə faizli sistemə keçiblər. İzah etməyə çalışdım ki, problem onlarda yaranıb və mal yoxdur. Mən onsuz 570 manatlıq telefona 800 AZN ödəyirəm və faizlə olsa, 890-900 AZN-ə gəlib çıxacaq. "Bizdə belədir" dedilər. Onsuz 200 AZN pul qoyurlar, hələ bununla kifayətlənməyib, faiz də artırırlar. Nəzərə alın ki, mən "ViP" müştəriyəm. Bu da onların "VİP" müştəriyə qarşı xüsusi münasibətləri!"
Mövzu ilə bağlı "İrşad" mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətdən bizə bildirildi ki, servisdən müştəriyə verilən məlumat doğrudur:
"Müştəriyə istehsalçı tərəfindən yaranan qüsura dair zəmanət təqdim olunur. Əlavə olaraq da, əldə etdiyi məhsulun əmtəə görünüşü pozulmadıqda 14 gün ərzində öz istəyi ilə dəyişə, yaxud da qaytara bilər. Siz dediyiniz müştəriyə isə yeni telefon verildiyi üçün ayrı müqavilə imzalanır. Həmin günə hansı şərtlər müəyyənləşibsə, həmin şərtlər əsasında da müqavilə təqdim olunur. Əgər yeni qayda ilə razılaşmırsa, məhsulu rahatlıqla qaytara bilər".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1323 Tarix: 15 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektin yaratdığı təhlükələr nələrdir? - AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərir. Gündəlik iş prosesindən təhlükəsizlik sistemlərinə qədər geniş istifadə olunan bu yeniliklər bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən yeni risklər də meydana çıxarır. Xüsusilə son dövrlərd
30 aprelİlk finalçı məlum oldu - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub. xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər. Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb. Adını final
29 aprel600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. -a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçuların
30 aprelMehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. "Report"
29 aprelMayın ilk günü hava necə olacaq?
Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal
30 aprelBu ərazidə qazlar kəsiləcək
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən -a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq
30 aprelBakı məktəbində ilan peyda oldu - Valideynlər QORXU İÇİNDƏ
Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 nömrəli tam orta məktəbdə təhlükəli vəziyyət yaranıb. Bu barədə övladı həmin məktəbdə təhsil alan valideyn -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Valideynlərin sözlərinə görə, məktəbdə artıq üçüncü dəfə ilan aşkarlanıb. "Sonunc
30 aprelBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq
29 aprelADNA-da törədilən terror aktından 17 il ötür
Terror hadisəsindən 17 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdl
30 aprel