Arktikanın əbədi buzlaqlarında 158 karatdan böyük nadir almaz tapıldı
Kanada Arktikasının donmuş torpaqlarında 158,20 karat çəkisinə malik emal olunmamış sarı almaz aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, daş təxminən 2 milyard il əvvəl formalaşıb və Kanadada indiyədək tapılmış ən böyük zərgərlik keyfiyyətli sarı almazlardan biri hesab olunur.
Qiymətli daş Diavik mədənindən çıxarılıb. Mədən Arktika Dairəsindən təxminən 200 kilometr uzaqda yerləşən kiçik bir adada yerləşir və olduqca çətin əlçatanlığı ilə tanınır: yayda yalnız hidroplanla, qışda isə buz yolu ilə ora çatmaq mümkündür.
"Bu daş təbiətin möcüzəsidir və Diavikin çətin subarktik şəraitində çalışan bütün kişi və qadınların peşəkarlığının və dayanıqlığının sübutudur", deyə "Diavik Diamond Mines" şirkətinin əməliyyat direktoru Mett Brin bildirib.
Məlumata görə, belə bir almazın tapılması son dərəcə nadir hadisədir. Bu mədəndə hasil olunan daşların 1 faizindən az hissəsi sarı almazlardır, əksəriyyət isə adətən ağ rəngdə olur.
Mütəxəssislərin sözlərinə görə, tapılan nümunə mədənin 22 illik fəaliyyətində 100 karatdan böyük olan cəmi beş sarı almazdan biridir. Almazın rənginin səbəbi onun kristal quruluşuna düşən azot atomlarıdır və bu cür formalaşma şəraiti hazırda Yer kürəsində demək olar ki, mövcud deyil.
Maraqlıdır ki, bu tapıntı mədən üçün "vida hədiyyəsi" kimi qiymətləndirilir. Bildirilir ki, Diavik 24 mart 2026-cı ildə fəaliyyətini rəsmi olaraq dayandırıb və bu sarı almaz obyektin tarixindəki son böyük kəşflərdən biri olub.
"Rio Tinto" şirkəti daşın qiymətini və alıcısının kimliyini açıqlamır. Satış üzrə baş menecer Patrik Kopens bu xüsusi almazın gələcək mərhələsinin - qiymətləndirmə və mürəkkəb kəsim prosesinin - maraqla gözlənildiyini bildirib.
Ekspertlərin proqnozuna görə, emal zamanı daş ideal forma və rəng intensivliyi əldə etmək üçün çəkisinin yarıdan çoxunu itirə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2451 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabr