Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır""Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O qeyd edib ki, zəfərə gedən yolda Aprel və Tovuz döyüşləri mühüm rol oynayıb:

"Atam hər iki döyüşdə iştirak edib və Tovuz döyüşlərində böyük şücaət göstərərək əsgərlərinin yanında şəhidlik zirvəsinə ucalıb. Atamı itirmək mənim üçün kədərlidir. Lakin qazandığımız zəfər qürurverici hadisədir.

Atamın bizimlə bağlı ən böyük arzusu ali təhsilli, tərbiyəli, vətənini, dövlətini sevən övladlar yetişdirmək idi. Şükür bu günə ki, arzusuna nail olduq. İnanıram ki, atam bizi görür və bizimlə qürur duyur. Bundan sonra da onun nə arzusu var idisə, hamısını yerinə yetirəcəyik ki, gözü arxada qalmasın. Həmçinin biz ailəliklə bu gün Ali Baş Komandanın qayğısını görürük, dövlətimizin dəstəyini hiss edirik. Ona görə də təşəkkür edirəm.

Xalqın yaddaşında İlqar Mirzəyev şərəfli döyüşçü, igid zabit kimi xatırlanır. Ancaq İlqar Mirzəyev eyni zamanda çox gözəl ata və ailə başçısı idi. Atamın gülüşü, baxışı, səsi heç vaxt yaddaşımdan silinməyəcək. O, ailəsinə hər zaman qayğı göstərirdi, mülayim idi, bizi çox sevirdi. O bizi necə çox sevirdisə, eyni yanaşmanı əsgərlərinə də göstərirdi".

Milli Qəhrəmanın oğlu atası ilə son söhbətini də xatırlayıb:

"Atamla son dəfə danışanda gülərək demişdi ki, "Hər şey qaydasındadır, narahat olmayın, gözünüz arxada qalmasın, ürəyinizi buz kimi saxlayın". Atam bu döyüşü uzun müddətdir ki, gözləyirdi.

Milli Qəhrəmanın oğlu olmaq mənim üçün şərəfli missiyadır. O vəfat etməmişdən qabaq da adına layiq olmağa çalışmışam. Ancaq artıq atam o yüksəkliyə ucalandan sonra mənim məsuliyyətim daha da artdı. İstər dost, istər iş seçimində daha diqqətli olmağa çalışıram. Milli Qəhrəmanın övladı olmaq fəxrdir, bu adı layiqli şəkildə daşımaq mənim borcumdur və bunu edəcəyəm".

E.Mirzəyev qeyd edib ki, zəfərdən sonra işğaldan azad edilmiş ərazilərin demək olar ki, hamısına səfər edib:

"İşğaldan azad edilmiş ərazilərdə gəzəndə hər bir addımımı ehtiyatla atıram, çünki orada bizim şəhidlərimizin ruhu yatır. Bunu da anlayıram ki, şəhidimizin qanı yerdə qalmadı, qazilərimizin əziyyəti boşa getmədi. Əziyyəti olan hər bir kəs haqlarınızı bizə halal etsinlər, onların əməyi danılmazdır.

Gələcək nəsillərin İlqar Mirzəyevi böyük şəxsiyyət, peşəkar hərbçi kimi tanımasını istəyirəm. Çox istərdim ki, gələcək nəsillər onun adını ehtiramla ansınlar, bir rəhmət oxusunlar. Uğrunda döyüşdüyü, canını verdiyi torpaqlara səfər edərkən anlasınlar ki, bu torpaqlar kimlərin sayəsində qazanılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 80   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr