Kolbasanın orqanizmə - 5 dəhşətli ZƏRƏRİ
Hal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir.
Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır.
Medicina.az xəbər verir ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir.
Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər.
Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosis məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir.
Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosis növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə" bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır.
Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları insan orqanizmi üçün çox ziyanlı hesab edir.
Beləliklə, kolbasa və sosis məhsulları sağlam qidaya aid etmək mümkün deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma çatdırmaq lazımdır. /saglamolun.az/
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 4001 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabr