Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanın çəkisi də uzunömürlülüyə təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Alert" nəşri elmi araşdırmaya istinadən yazıb.
Tədqiqat Çində 80 yaşdan yuxarı 5 mindən çox insanın məlumatları əsasında aparılıb. Nəticələr "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Araşdırmaya görə, ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək olub. Kişilər arasında isə vegetarian qidalanma ilə uzunömürlülük arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Əsas məqam bədən çəkisi ilə bağlıdır
Alimlər müəyyən ediblər ki, vegetarian qidalanan, lakin çəkisi normadan aşağı olan insanlarda 100 yaşına çatmaq ehtimalı daha az ola bilər. Bu qrupda hər gün ət yeyənlərin əsrə çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44 faiz yüksək olub.
Bununla belə, normal və artıq çəkisi olan insanlar arasında ət istehlakı ilə uzunömürlülük arasında oxşar əlaqə qeydə alınmayıb.
Tədqiqatın müəllifləri hesab edirlər ki, yaşlı insanların kifayət qədər kalori və zəruri qida maddələri qəbul etməsi uzunömürlülük baxımından mühüm rol oynaya bilər.
Balıq, yumurta və süd məhsulları da əhəmiyyətlidir
Araşdırmada balıq, süd məhsulları və yumurta qəbul edən vegetarianların 100 yaşına çatmaq ehtimalının ət yeyənlərlə təxminən eyni olduğu da müəyyən edilib.
Bu nəticələr göstərir ki, uzunömürlülüyü yalnız ət istehlakı ilə əlaqələndirmək düzgün olmazdı. İnsan orqanizminin zəruri qida maddələri ilə təmin olunması da vacib amillərdəndir.
Alimlər vurğulayırlar ki, 100 yaşa qədər yaşamağın universal resepti yoxdur. Genetika, həyat tərzi, ümumi sağlamlıq vəziyyəti, sosial münasibətlər və digər amillər də insanın ömrünə təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 128 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
4 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrSəssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T
26 sentyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabr