Botoks iflic edir? - ŞOK AÇIQLAMA
Son zamanlar xanımlarımız gözəlliklərinə gözəllik qatmaq məqsədi ilə kosmetoloqlara üz tuturlar və müəyyən prosedurlardan keçirlər. Qadınlar üz, alın, burun, dodaq nahiyələrinə dolğu edtirirlər. Bəs cavanlaşmaq üçün edilən botoks hansı fəsadları yaradır?
Məsələ ilə bağlı Sonxeber.az-a aromaterapevt Zümrüd Rəhimova açıqlama verib.
O bildirib ki, botoks kimi tanıdığımız preparat əslində sinir sistemi üçün çox təhlükəli toksindən (zəhərdən) istehsal edilir:
"Botoks əslində prosedurun adı deyil, botuloterapiya məqsədilə istifadə edilən, tərkibində botulotoksin olan preparatın adıdır. Sadəcə botoks ilk gözəllik inyeksiyalarından olduğuna görə üzə vurulan iynələri hər kəs botoks bilir.
Ümumiyyətlə, botulotoksin çox güclü bir sinir zəhəridir. Sinir-əzələ əlaqəsini bloklayır. Biz bu əlaqəyə "sinaps" deyirik. Toksinin əsas funksiyası həmin əlaqəni bloklamaqdır.
Bildiyimiz bu zəhər əzələ-sinir sisteminə təsir göstərərək ötürücülüyü bloklayıb, iflic edir. Hazırda tibb sahəsində, xüsusən gözəllik sənayəsində toksinin bloklama təsirindən çox geniş istifadə olunur. Botoks əsasən üzdə olan səthi və dərin qırışların açılması üçün tətbiq olunur. Botulotoksinin 7 serotipi var. Terapevtik məqsədlə əsasən A serotipi, digər serotiplər isə ümumiyyətlə çox az halda istifadə edilir.
Botulizm xəstəliyi var, toksinemik infeksiyalara aiddir. İlk dəfə bu infeksiyaya yoluxma kolbasadan baş verdiyinə görə və zəhərlənmənin məhz oradan qaynaqlandığı üçün xəstəliyin adı botulizm (latınca "botulus" kolbasa deməkdir) qoyulub.
Botulizm zamanı nə baş verir? Botulotoksinlə çirklənmiş qidanı qəbul etdikdən sonra ilk 4-6 saat ərzində həzm əlamətləri özünü göstərməyə başlayır. Bundan sonra isə sinir sistemi ilə bağlı ən təhlükəli əlamətlər üzə çıxır: ağızda quruluq, ağız suyu ifrazının azalması, tənəffüs əzələlərinin iflici. Toksin nəfəs orqanlarına çatdıqda, artıq tənəffüs dayanmış olur. Ona görə də zəhərlənmənin ilk əlamətini gördükdə dərhal müalicəyə başlamaq lazımdır. Bu zaman antidotdan istifadə edilir.
Botoks proseduru zamanı yan təsirlərin yaranmasında həm həkim, həm də pasiyent səhvi ola bilər. Pasient səhvi ondan ibarətdir ki, həkimin verdiyi məsləhətlərə düzgün əməl etməsin.
Botuloterapiyanın gələcəkdə xərçəng yaratma riski yoxdur".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3254 Tarix: 05 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrSağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr