Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığı üçün keyfiyyətini itirmiş dərmanların dövriyyədə olması insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu səbəbdən həm satış məntəqələrinə nəzarət, həm də vətəndaşların dərman alarkən diqqətli davranması vacibdir.
Bəs, dərmanların satışı, istifadəsi və saxlanması zamanı hansı pozuntular insan sağlamlığı üçün daha ciddi təhlükə yaradır? Vətəndaşlar aldıqları dərmanların keyfiyyətini, mənşəyini və saxlanma şəraitinin tələblərə uyğunluğunu necə yoxlaya bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, dərman vasitələrinin hazırlanması, ölkəyə gətirilməsi, tərkibi və saxlanma şəraiti ilə bağlı qaydalar pozulduqda tətbiq edilən cərimələr dərman təchizatına mənfi təsir göstərməz:
"Əksinə, bu cür tədbirlər dərmanların keyfiyyətinin və təchizat prosesinin daha da yaxşılaşdırılmasına xidmət edə bilər. Əvvəllər dərmanların içərisinə istifadə qaydalarını izah edən qısa təlimat vərəqləri qoyulurdu. Həmin təlimatlarda, əsasən, dərmanın yeməkdən əvvəl və ya sonra, gün ərzində neçə dəfə qəbul edilməli olduğu qeyd edilirdi. Hazırda isə dərmanların içlik vərəqələrində daha ətraflı məlumat verilir. Burada preparatın hansı hallarda istifadə edilə biləcəyi, kimlərə uyğun olmadığı, qəbul qaydaları, dozası və saxlanma şəraiti barədə məlumatlar yer alır".
Ekspert bildirib ki, dərmanların içlik vərəqələrinin əvvəlkindən daha geniş olması təkcə Azərbaycana xas deyil, beynəlxalq təcrübədə də belə yanaşma mövcuddur:
"Bu məlumatlar insanların dərman vasitələri haqqında daha ətraflı məlumat əldə etməsinə kömək edir. Vətəndaşlar dərman vasitəsinin istifadəsi ilə bağlı bir çox sualların cavabını onun içərisinə qoyulan annotasiyanı oxumaqla öyrənə bilərlər. Həmin vərəqədə preparatın istifadə qaydaları, dozası, əks-göstərişləri və saxlanma şəraiti haqqında məlumatlar əks olunur. Buna görə də vətəndaşlar dərman qəbul etməzdən əvvəl annotasiyanı diqqətlə oxumalı və orada göstərilən məlumatlarla tanış olmalıdırlar. Bununla belə, dərmanın istifadəsi ilə bağlı şübhə yarandıqda mütəxəssisə müraciət etmək vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 443 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrPayızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?
Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf
2 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabr