"Tvindemiya" yeni virusdur? - AÇIQLAMA

"Tvindemiya" yeni virusdur? - AÇIQLAMAArtıq 2 ilə yaxındır ki, dünya "COVID-19" xəstəliyi ilə mübarizə aparır. Bu bəla bitmədən digər adlarda viruslar aşkarlanır, alimlər yeni bir təhlükədən, ikiqat zərbədən qorxurlar. Əgər 90% ölkələrdə gözlənilən dördüncü dalğa mövsümi qrip, soyuqdəymə, respirator viruslar dalğası ilə qarışıb, üst-üstə düşsə, "Tvindemiya" – yəni ikiqat pandemiya baş verə bilər. Belə bir ssenari nə vəd edir, alimlər hansı xəbərdarlığı edirlər? Proqnozlara görə, bu hal bir çox ölkələrdə xəstə və ölənlərin sayını 2-3 dəfə artıracaq, səhiyyə yüklənəcək, kimin "COVİD", kimin qrip olmasını aydınlaşdırmaq çətinləşəcək və vəziyyət kəskinləşəcək.

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.

O, bəzilərinin "Tvindemiya" terminini səhvən yeni virus kimi anladıqlarını qeyd edib:

""Tvindemiya" terminini işlədə bilməyimiz üçün 2 müəyyən törədicinin eyni zamanda pandemiya törətməsi lazımdır. Qrip və digər qripəbənzər respirator infeksiyalar mövsümi şəkildə həmişə olub, lakin uzun illərdir ki, bu viruslar pandemiya həddinə çatmayıb. Buna görə də sözügedən xəstəliklərin ortaya çıxmasına normal yanaşılmalıdır və "qoşa pandemiya"dan danışmağa heç bir əsas yoxdur.

Bəli, qapanmalara gedilməməsi bu cür virusların törətdiyi xəstəliklərin də artmasına və koronavirusun differensial diaqnozunun çətinləşməsinə gətirib çıxara bilər. Amma bunun da çarəsi var. Həkim-infeksionistin işi də elə budur. Xəstəliklərin bir-birindən fərqli simptomları olur və digər fərqləndirici müayinə metodları ilə bunları ayırmaq mümkündür".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2496   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31 may
.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, kəskin infeksion xəstəliklərdən əziyyət çəkən, yüksək hərarət

20 iyun
.

Öd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər

6 iyun
.

500 min nəfərin nəticələri təhlil edildi: 8 saatlıq yuxu qaydası nəticəsiz imiş

Uzun illər sağlam həyatın əsas qaydalarından biri kimi qəbul edilən "8 saatlıq yuxu" ilə bağlı ənənəvi yanaşma yeni araşdırmalarla yenidən müzakirə olunur. Alimlərin qənaətinə görə, həm az, həm də həddindən artıq yuxu orqanizmin bioloji qocalma prosesini sürətləndirə bilər. Sağlam yaşlanm

5 iyun
.

Ən az xolesterin olan ət: Diyetoloqların əsas seçimi

Bir çox insan bu əti xüsusilə sevir, çünki onun tərkibi mal ətinə bənzər üstünlüklərə malikdir. Eyni zamanda bu ət digər ət növləri qədər geniş yayılmayıb, lakin daha az xolesterin tərkibi ilə seçilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Noklapja" yazır. Məlum olub ki, ən az xolesterin ola

12 iyun
.

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir. Qaynarinf

3 iyun
.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə

31 may
.

Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir

Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb. Qaynarinfo xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər. Alimlərin apardığı tədqiqatlar göstərir ki, qıs

10 iyun
.

Həkim sağlam qocalmaq üçün hər gün bu meyvəni yeməyi tövsiyə edib

Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər. xəbər verir ki, bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edi

2 iyun