Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa Lenta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur.
"Davamlı olaraq gecə altı saatdan az yatmaq sağlamlıq risklərini artırır. İlk növbədə, ürək-damar sistemi zərər görür. Sağlam insanlarda gecə yuxusu zamanı qan təzyiqi təbii olaraq aşağı düşür. Yuxu çatışmazlığı bu mexanizmin pozulmasına səbəb olur. Az yatan insanlarda hipertoniya, infarkt və insult riski təxminən 50 faiz arta bilər", - deyə mütəxəssis bildirib.
Həmçinin yuxu çatışmazlığı hormonal balansı poza və aclıq hissini gücləndirə bilər. Nəticədə insanın şirniyyatlara və digər yüksək kalorili qidalara meyli artır. Bu isə çəki artımına şərait yaradır və II tip diabet riskini yüksəldə bilər.
Bundan əlavə, normal yuxu beyin fəaliyyəti və immun sisteminin düzgün işləməsi üçün də böyük əhəmiyyət daşıyır. Mütəxəssisin sözlərinə görə, xroniki yuxu çatışmazlığı depressiya və təşviş pozuntuları riskinin artması ilə əlaqəlidir. Eyni zamanda, yuxusuzluq orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini zəiflədə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 136 Tarix: 30 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl
11 sentyabr 2021