Azərbaycanda qonaqlığa gedən 5 dost DƏHŞƏT YAŞADI - ÖLƏN VAR

Azərbaycanda qonaqlığa gedən 5 dost DƏHŞƏT YAŞADI - ÖLƏN VARBu ilin 7 iyun tarixində Siyəzən rayonu ərazisində - Beşdam kəndinə gedən yolda 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi "Opel Astra" markalı avtomobili aşırması və maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlunun aldığı xəsarətlərdən dünyasını dəyişməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Siyəzən rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işə baxılması zamanı maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, hadisəni törədən K.Ramazanov bu ilin aprel ayının sonlarında sürücülük vəsiqəsi, 1 ay sonra "Opel Astra" markalı minik avtomobili alıb. Bundan sonra isə o, dostları ilə yeni avtomobil almasını qeyd etmək məqsədilə toplayıb və onlar birlikdə yola düşüblər. Hadisəni təsvir edən təqsirləndirilən şəxs deyib:

"Nicat və digər 3 dostumla birlikdə iyunun 7-də saat 19:00 radələrində avtomobil almağımı qeyd etmək məqsədilə Qara Siyəzən kəndinə yola düşdük. Siyəzən-Beşdam yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməyə başladıq, "Zaur Petrol" adlı YDM-dən bir qədər irəli keçdikdən sonra Siyəzən rayonu "Ataçay" adlanan yerə çatmağa az qalmış yolun sağ tərəfindən yola anidən it çıxdı. Mən həmin iti görmədim, itə çatmağımıza təxminən 10-15 metr qalmış onu gördüm və vurmamaq üçün sükanı sağa doğru döndərdim. İtin yanından keçəndən sonra avtomobili həddindən artıq sağa döndərdiyimi və avtomobilin çox hissəsinin yol çiyninə çıxdığını görərək sükanı sola tərəf çəkdim. Bu zaman avtomobil yolda olan çökəklik hissəyə düşdü, nəticədə idarəetməni itirdim və maşın sağa-sola ziqzaqvari hərəkətlər etməyə başladı. Bunu görən Nicat əlini sükana ataraq maşının idarəetməsini təmin etmək istəsə də, mənim tələbim əsasında sükanı buraxdı, Ola bilsin ki, həmin vaxt əyləc əvəzinə qaz pedalından istifadə etmişəm, nəticədə avtomobil yolun çiyninə çıxaraq bir qədər yolun kənarındakı torpaq ərazi ilə irəliləyib aşmağa başladı. Bir neçə dəfə aşdıqdan sonra avtomobil yolun kənarında olan boş ərazidə dayandı və mən dərhal avtomobildən düşdüm. Habelə Əmrahın, Natiqin və Sənanın maşından düşərək dayandıqlarını, Nicatın isə maşından təxminən 10 metr aralıda yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm və dərhal təcili yardım xidmətinə zəng vurduq. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gələrək Nicatı, Əmrahı və Sənanı xəstəxanaya apardı, təxminən 10 dəqiqə sonra isə mən və Natiq xəstəxanaya getdik. Sonradan mənə Nicatın Siyəzən rayon xəstəxanasında ölməsini dedilər".

Məhkəmə Kamil Ramazanovu 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edib. Həmçinin o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2472   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans

18 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr