Məhəllədəki davada qardaşı öldü, cəmi 40 günə ata-anası da həyatını itirdi
Xırdalanda iki nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan sonuncu prosesdə təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədova hökm oxunub.
Hökmə əsasən, X.Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. B.Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.
Məhkəmə araşdırmasında işin təfərrüatı da məlum olub. Belə ki, iş üzrə zərərçəkən şəxslər Tural Quliyev, Yaşar Mövsümov, Rəvan Mirzəyevdir. Adıçəkilən bu üç nəfər həm də təqsirləndirilən şəxsdir. Onlar da kütləvi davada adam öldürməkdə, Bahadur və Xəlilə ağır xəsarətlər yetirməkdə ittiham edilirlər.
Dava Rəvan Mirzəyevin xanım tanışı ilə Xəlil Məmmədovun yaşadığı məhəlləyə gəlməsinə görə başlayıb. Məhəllədə R.Mirzəyevin yanındakı qızla səmimi hərəkətləri X.Məmmədovun xoşuna gəlməyib. O, öncə Rəvanı çağıraraq xəbərdarlıq edib. Daha sonra başı ilə zərbə endirərək məhəllədən qovub.
Rəvan məhəllədən uzaqlaşsa da, bir neçə saat sonra Tural, Yaşar və Hüseynağa adlı tanışları ilə Xəlilgilin məhəlləsinə qayıdıb və kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən bir nəfər öldürülüb. Rəvanla gələn Hüseynağa və Xəlilin qardaşı Məmməd vəfat ediblər.
Məhkəməyə ifadəsində Xəlil Məmmədov hadisənin necə baş verdiyini belə izah edib:
"Bizim ev həyət evidir, qapımda qızla oğlan əxlaqsız hərəkət edirdi. Oğlana dedim ki, bu, nə hərəkətdir? Dedi ki, qışqırma. Mən də boğazından silkələyib bir kəllə vurdum. Dedim ki, rədd ol burdan. 6-7 saat sonra bir neçə nəfər məhəlləyə gəlib dava saldılar.
Qaranlıq olduğu üçün məni və qardaşımı kimin vurduğunu dəqiq bilmirəm. Qardaşım Məmmədi öldürəndə mən də maşından bıçaq götürüb onları vurdum. Özüm yaralı vəziyyətdə qardaşımı maşına qoyub xəstəxanaya getdim. Maşında olanda qardaşım köynəyini çıxardı, kürəyindən qan axırdı. Son sözü "mən ölürəm" oldu. Xəstəxanaya çatanda artıq Məmməd vəfat etmişdi".
Hadisə zamanı X.Məmmədovun özünə də 11 bıçaq zərbəsi dəyib. Hadisədən sonra X.Məmmədovun ata və anasının səhhəti pisləşib. 40 gün içində onlar da vəfat ediblər.
R.Mirzəyev isə ifadəsində qeyd edib ki, Xəlilgilin məhəlləsində əxlaqsız hərəkətlər etməyib:
"Həmin qızla oraya kirayə evə baxmağa getmişdik. Bu vaxt Xəlil dedi ki, gedin buradan. Xəlilə dedim ki, səliqəli danış. Mənə yaxınlaşıb kəllə vurdu. Mən də böyük qardaşım kimi bildiyim Turala zəng edib belə bir "tema" olduğunu dedim".
Məlum olub ki, dava zamanı Rəvan kənarda olub və heç bir müdaxilə etməyib.
Rəvan tərəfdən davaya qoşulan Tural Quliyev isə məhkəmədə bildirib ki, onunla birlikdə Xırdalana gedən Hüseynağa adlı dostu da kütləvi davada bıçaqlanaraq öldürülüb.
Prosesdə heç bir tərəfdən ölənləri kimin bıçaqladığını etiraf edən olmayıb.
Qeyd edək ki, kütləvi davada qarşı tərəfdə olan Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin məhkəmələri davam edir. Yaxın günlərdə onlar barəsində də məhkəmə hökmü çıxarılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Prezident onları təltif etdi - Siyahı