Koronavirus xəstəliyi bir neçə gündən yarım ilə kimi çəkir - Kimlər gec sağalır?

Koronavirus xəstəliyi bir neçə gündən yarım ilə kimi çəkir - Kimlər gec sağalır?Rusiyalı mütəxəssislər koronavirusa yoluxduqdan sonra orqanizmdə xəstəliyin müddətinin fərqli olduğunu bildirib. Xəstəlik 1 həftədən 6 aya kimi çəkə bilər. Hər şey xəstənin vaxtında həkimə müraciətindən, düzgün müalicəsindən, xəstəliyin formasından asılıdır.

Sonxeber.az Medicina.az-a istinadən xəbər verir ki, daha çox yaşlı və xroniki xəstəlikləri olan təqaüdçülərdə xəstəliyin fəsadları uzun müddət çəkir.

Bəzi xəstələr 1 həftəyə sağalıb ayağa qalxa bilər, bəziləri isə 4-6 həftə hələ xəstə ola bilər. Baxmayaraq ki, orta davam etmə müddəti 11-14 gündür.

Rusiyanın Epidemiologiya və Mikrobiologiya institutunun direktor müavini Tatyana Rujensova bildirib ki, insan 4 həftə ərzində xəstə yata bilər. Koronavirus infeksiyasının müddəti 14 gündür, bundan sonrakı müddət xəstəliyin ağırlaşması və fəsadları dövrüdür.

Xəstəliyin davametmə müddəti orqanizmin fərdi gücü, qüvvəsi ilə bağlıdır.

Əgər xəstə maska taxıb, əllərini, üzünü və boğazını daim yuyubsa, xəstəliyin ilk günündən düzgün müalicə alıbsa, koronavirus tez keçib gedir.

Maska taxıb, məsafə gözləyən, ağzını, əllərini dezinfeksiya edən insana virus yükü az keçir. Ona görə xəstəlik yüngül və sürətlə olub bitir.

"Təcrübəmizdə yaşı 60-dan yuxarı, xroniki xəstəlikləri olan insanların daha uzun müddət xəstə olduğu görülüb. Adətən onlar 3-6 həftəyə sağalır. Eləcə də peyvənd olunanlar daha tez sağalır, nəinki olunmayanlar".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2794   Tarix: 11 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr