Bu gün 49 yaşlı Vətən müharibəsi qəhrəmanının şəhadətindən bir il keçir
Bu gün Vətən müharibəsi şəhidi tibb xidməti baş leytenantı Azər Şəmilovun şəhadətindən bir il keçir.
Oxu.Az xəbər verir ki, 49 yaşında şəhidlik zirvəsinə ucalan Şəmilov Azər Elyas oğlu 1971-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978-ci ildə Tərtər rayon Soyulan kəndindəki orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhəri "Kimya-Biologiya Təmayyüllü" məktəbə daxil olub və oranı əla qiymətlərlə bitirib.
Həmin məktəbi bitirdikdən sonra Qazaxıstanda hərbi qulluqda olub. Vətənə qayıtdıqdan sonra 90-cı illərin Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşub. Döyüşlərdə cəsarətlə iştirak etdikdən sonra imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olub və oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılıb. Orada hərbi həkim işləyib və baş leytenant rütbəsini alıb.
Qəhrəmanımız hərbi qulluğu başa vurduqdan sonra Tərtər şəhərinə qayıdır və Soyulan tibb məntəqəsində baş həkim vəzifəsində çalışıb. 16 il ANAMA-da baş həkim vəzifəsində çalışıb.
21 sentyabr 2020-ci ildə səfərbərlik ilə təlimə çağırılıb, sentyabrının 27-dən müharibənin çətin, gərgin vaxtlarında qəhrəmanlıqla iştirak edib, o ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərlərimizə yardım göstərib onları yenidən həyata qaytarıb. Oktyabrın 14-ü Talış istiqamətində gedən ağır döyüşlərdə, düşmən gülləsinə tuş gələrək şəhid olub.
Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb. Oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin 1-ci kurs tələbəsi, qızı isə 10-cu sinif şagirdidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azər Şəmilov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunması" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1160 Tarix: 14 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabr