"Qanunsuz erməni silahlı dəstələri torpaqlarımızdan tam çıxarılmasa..." (ŞƏRH)

"Qanunsuz erməni silahlı dəstələri torpaqlarımızdan tam çıxarılmasa..." (ŞƏRH)Xəbər verdiyimiz kimi, oktyabrın 14-də saat 18:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu gün hər kəsi maraqlandıran sual antiterror əməliyyatlarının başlama ehtimalı ilə bağlıdır.

Mövzuyla əlaqədar açıqlama verən "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, ermənilərin törətdiyi növbəti təxribat bir daha onların heç bir beynəlxalq anlaşmaya əməl etməyən mənfur millət olduqlarından xəbər verir:

"Oktyabrın 14 qanunsuz erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir hərbçimizin şəhid olması bizi çox üzdü. Əminəm ki, digərləri kimi, dünən şəhid olan hərbçimizin də qanı yerdə qalmayacaq. Ötən il, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi bu cür təxribatlarla sadəcə özlərini ovundurmağa çalışır və səfalət içində yaşayan erməni xalqının "gözünə kül üfürüb", "güc şou"su göstərir. Amma onlar unudurlar ki, "dəmir yumruq" hələ də yerindədir".

Emil Əkbərov bildirib ki, ötən ilin noyabr ayının 10-da imzalanan üçtərəfli bəyannamənin bütün bəndlərinə qeyd-şərtsiz əməl edilməlidir:

"Oktyabrın 14-də törədilən təxribat göstərdi ki, hələ də Azərbaycan torpaqlarında qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Əlbəttə, bu məsələ ilə bağlı məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Görünür, Rusiya sülhməramlıları üzərinə düşən məsuliyyəti hələ də yetərincə dərk etmirlər. Əgər, 10 noyabr bəyannaməsinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələri torpaqlarımızdan tam çıxarılmasa, Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamalı olacaq. Ermənilər və onların havadarları unutmasınlar ki, bu cür ucuz təxribatlar sonda Ermənistanın dövlət kimi dünya xəritəsindən silinməsi ilə nəticələnə bilər. Azərbaycan, xalqının səbrinin daşmasının nəticəsini ötən il, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində açıq-aşkar göstərdi. Ümid edək ki, Qarabağdakı erməni tör-töküntüləri Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxaracaqlar. Əks təqdirdə, onlar bu dəfə "dəmir yumruğ"un ağır zərbəsindən qaçıb gizlənə bilməyəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 813   Tarix: 15 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb. xəbər verir ki, komitə sədri, il

16 yanvar
.

"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus "Dağlılar Balıq" ictimai iaşə müəssisəsində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki

16 yanvar
.

Körpələr evinin müdirinə xəsarət yetirildi

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib. APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarə

16 yanvar
.

Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. xəbər ki, komitə sədri, əvvəlcə

16 yanvar
.

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağl

16 yanvar
.

Zəlzələ mövzusunda kimə inanmalıyıq? - AÇIQLAMA

Son günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin"in proqnozları barədə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazisində zəlzələləri öyrənən, ərazilərin kompleks geogiziki-seysmoloji-geodinamik və geokimyəvi tədqiqatını aparan yeganə dövlət təşkilatı AMEA nəzdind

17 yanvar
.

Yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektləri dövlət torpağı kimi qeydiyyata alınır

Bəzi yerlərdə yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektləri dövlət torpağı kimi qeydiyyata alınır. xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib. O qeyd edi

16 yanvar
.

Bakıya sulu qar yağacaq, 4 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qər

17 yanvar
.

Yol polisi qarla bağlı XƏBƏRDARLIQ ETDİ

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanvarın 17-dən 22-dək Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarədən -a verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmaq tələb edilib. "Başa çatmaqda ola

17 yanvar