Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclası keçirilibYanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonxeber.az xəbər ki, komitə sədri, əvvəlcə, regionda və dünyada baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mənafeyi naminə dövlətimizin maraqlarının qorunması, regionda sülhün bərqərar olması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.

Sonra Hicran Hüseynova iclasın gündəliyində duran məsələlər - 2025-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib.

O, diqqətə çatdırıb ki, 2025-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsinin 13 iclası keçirilib, 15 məsələyə baxılıb. Sessiya müddətində 5 qanun layihəsi, o cümlədən 1 qanun layihəsi bir oxunuşda, 4 qanun layihəsi üç oxunuşda müzakirə edilib. Bu sənədlər ailə institutunun möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Qeyd olunub ki, sessiya ərzində komitədə ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirilib. Bununla yanaşı, komitənin sədri və üzvləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilmiş respublika əhəmiyyətli və beynəlxalq səviyyəli forum, konfrans, simpozium, dəyirmi masa və digər tədbirlərdə təmsil olunublar. Həmçinin, komitə üzvləri maarifləndirmə tədbirləri çərçivəsində ölkənin ictimai-siyasi gündəmi, qəbul olunmuş qanunların əhəmiyyəti, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, erkən nikahların qarşısının alınması və digər mövzularla bağlı mətbuatda, sosial mediada müsahibələrlə çıxış ediblər.

Nəzərə çatdırılıb ki, ötən sessiya dövründə vətəndaşlardan daxil olmuş ərizə və məktublara komitədə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq icra strukturları ilə əlaqə saxlanılaraq həllinə nail olunub. Seçicilərlə həm Milli Məclisdə, həm də yerlərdə mütəmadi görüşlər keçirilib, lazımi izahatlar verilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edən Hicran Hüseynova bildirib ki, bu sessiya müddətində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi sahəsində aktual mövzularla bağlı ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. O, keçən ilin dekabr ayında "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın hazırlandığını söyləyərək, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımların atıldığını, o cümlədən normativ hüquqi bazanın formalaşdırıldığını, institusional mexanizmlərin yaradıldığını deyib. Komitə sədri, bununla yanaşı, müasir çağırışlar fonunda bu sahədə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirib. Həmçinin, uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə dair müzakirələrin nəzərdə tutulduğunu qeyd edib. O, eyni zamanda, müvafiq qanunların icrası ilə bağlı görüşlərin keçirilməsinin vacibliyindən danışıb.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Pərvin Kərimzadə, Sevinc Hüseynova, Mehriban Vəliyeva, Səbinə Xasayeva, Ülviyyə Ağayeva, Günay Ağamalı, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, öz fikir və qeydlərini açıqlayıblar.
İclasda komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 538   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021