Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçirilibYanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.

Sonxeber.az xəbər verir ki, komitə sədri, ilk növbədə, ötən il dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.

Daha sonra gündəliyə daxil olan məsələlər - 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.
Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Regional məsələlər komitəsinin 7 iclası keçirilib, müvafiq komitələrlə birlikdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. O, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Milli Məclis Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə vətəndaşlardan 1267 müraciət daxil olub, bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.
Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi  barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri Aydın Mirzəzadə, Vasif Qafarov, Elman Məmmədov, Arzuxan Əlizadə, Kamran Bayramov, Elşən Musayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və ABMA-nın "Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, üzvləri Məzahir Əfəndiyev, Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 622   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr