Azərbaycanın tarixi zəfərini qəbul etməyən dairələr var

Azərbaycanın tarixi zəfərini qəbul etməyən dairələr varİstər regional, istərsə də qlobal müstəvidə Azərbaycanın əldə etdiyi tarixi zəfəri və Azərbaycanın güclənməsini qəbul etməyən dairələr var. Onlar bəzən koordinasiyalı şəkildə, bəzənsə lokal formada ölkəmizə qarşı informasiya müharibəsini davam etdirirlər.
Prezident İlham Əliyevin İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə ölkəmizin müstəqillik prinsiplərinin xüsusi əhəmiyyətinə vurğu edilərək bu müstəqilliyə hörmətin zəruri olduğu ifadə edildi. Bu fikirlə bir daha qonşulara və bütün dünyaya ismarıc verildi ki, regionumuzda artıq heç nə əvvəlki kimi olamyacaq. İndi Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlara və qlobal aktorlara müraciət edən ölkə yox, bu çətin və mürəkkəb problemi həll edərək beynəlxalq münasibətlər sistemində bir tarixi ilkə imza atan ölkədir və bunu hamı qəbul etməlidir.
Hazırda qarşımızda duran milli vəzifə "Böyük qayıdışı" təmin etməkdir ki, bu istiqamətdə qısa müddətdə çox böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə enerji, su və nəqliyyat kommunikasiyaları demək olar ki, həll edilib. Cəmi 8 aya Füzuli beynəlxalq aeroportu inşa edilib. Şəhər və kəndlərimizin inşası üçün işçi palnlar hazırlanıb və bu prosesdə başda qardaş Türkiyə olmaqla, İtaliya şirkətləri də yaxından iştirak edir. Bu uğurlar düçmənlərimizi və onların havadarlarını narahat edir və onlar Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırırlar.
Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində jurnalistin "Pandora sənədləri" barədə sualına cavab olaraq bildirib ki, ""Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər.
Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur".

Cəlil Xəlilov - siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1155   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11 noyabr
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr