"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi"

"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi"Ermənistan siyasətçisi Vigen Xaçatryan bu yaxınlarda bildirib ki, "Artsax olmadan Ermənistanın gələcəyi yoxdur" fikrini təbliğ etmək çox təhlükəlidir: ""Artsax" olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi "Artsax" sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd "Artsax" yox, Ermənistandır"..

Onun bu sözləri ilə bağlı Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, onlar bu cür açıqlamalarıyla artıq öz sərhədlərinə qapandıqlarını etiraf edirlər:

"Ermənistan siyasətində "dənizdən-dənizə böyük Ermənistan" ideyası öldü. Bunu artıq rəsmi etiraflarında da deyirlər. Bu isə bizim ən böyük qələbəmizdən biridir. Qələbə tək torpaqları azad etməklə bitmir. Ermənistanın İdeologiyasınını zəhərli köklərindən çıxarıb atmaq lazım idi. Nəhayət onlar başa düşdülər ki, ən böyük problemləri "böyük Ermənistan" ideologiyalarıdır. Yəni xəritədə dırnaq boyda olan dövləti dənizdən-dənizə kimi "hiper təxəyyül" məhsulu olaraq nəzərdən keçirtmək də psixoloji xəstəlikdir ki, o da bu xalaqa məxsusdur.

Eks-prezident Armen Sarkisyanın belə bir açıqlaması da var idi ki, "böyük Ermənistan" bir xülyadır, Ermənistan kiçikdir və onun problemlərini həll etməlidirlər, çünki böyük Ermənistan dedikcə, böyümədi, əksinə, problemləri artdı.

Artıq onlar "kiçik Ermənistana" yığışmağa başlayıblar. Bu mənada Araik Arutyunyanın Qarabağdan erməni silahlılarının buraxılması kimi məsələlərlə bağlı açıqlamaları var. Baxmayaraq ki, sonra məsələ təkzib olundu, amma önəmli olan onun deyilməsi idi. Təbii ki, Paşinyanın da mövqeyi bu baxımdan çox maraqlıdır. Vigen Xaçatryanın fikiri çox maraqlı idi, çünki o, "Artsax" məsələsinin ümumi siyasətdən, Ermənistanın taleyindən kənarlaşdırılmalı olduğunu bildirdi. Bu isə artıq onların Qarabağdan imtina etdikləri mənasına gəlir.

Ermənistanın kiçilməsi, öz sərhədlərinə qapanması və nəhayət reallıqları qəbul etməsi qələbənin əsas elementlərindəndir".

Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3365   Tarix: 22 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11 noyabr
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11 noyabr
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr