Zəfərin Xankəndidən ucalan səsi

Zəfərin Xankəndidən ucalan səsiElə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur.
8 Noyabr - Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevin Azərbaycan xalqına Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən ünvanladığı müraciət məhz belə tarixi məqamlardan idi. Bu müraciət Zəfərin doğurduğu qürurun, bərpa edilmiş suverenliyin və qalib Azərbaycanın yenilməz dövlətçilik iradəsinin tarixə çevrilmiş bir məkandan bütün dünyaya növbəti bəyanı idi. Bir vaxtlar həsrətin, mübarizənin və tarixi ədalət uğrunda mücadilənin ünvanı olan Xankəndidən bu gün Qələbə səsinin ucalması hadisəyə xüsusi rəmzi məna, dərin tarixi məzmun və misilsiz mənəvi əzəmət qazandırır.
Dövlətimizin başçısı müraciətini Xankəndidən səsləndirməsi təsadüfi deyil, Azərbaycanın 30 illik işğala son qoymasının, tarixi ədalətin bərpasının, ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsinin rəmzi ifadəsidir. İşğal zamanı şeytan yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın bütövlüyünün, dövlətçilik iradəsinin və quruculuq əzminin ünvanıdır. Bu baxımdan Prezident İlham Əliyevin məhz Xankəndidən xalqa müraciəti Zəfər tariximizin mənəvi məntiqini tamamlayan mühüm hadisə kimi diqqət çəkir. Dövlət başçısı müraciətində bu rəmzi məqamı xüsusi vurğulayaraq bildirmişdir. Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir.
Bakı və Xankəndi - Zəfər tariximizin iki mühüm ünvanı. Paytaxtda ucaldılmış Zəfər tağı ümumxalq qələbəsinin təntənəsini, Xankəndidəki ikinci Zəfər tağı isə həmin qələbənin tarixi nəticələrini, Azərbaycanın öz torpaqlarında suverenliyinin bərpasını təcəssüm etdirir. Bu iki rəmzi məkan bir həqiqətin - Azərbaycan xalqı öz iradəsi, birliyi və qəhrəmanlığı ilə tarixinin ən mühüm sınaqlarından qalibiyyətlə çıxıdığının ifadəsidir.
Xankəndidəki Zəfər tağına aparan pilləkənin hər pilləsində Vətən müharibəsi günlərinin həkk olunması da xüsusi məna daşıyır. Prezident İlham Əliyev bu barədə belə demişdir: "Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub". Sözsüz ki, bu, Zəfərin qiymətini ifadə edən ən təsirli fikirdir. Çünki 44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıqla yanaşı, ağır itkilər, şəhidlik zirvəsinə yüksələn igidlərimizin fədakarlığı ilə yadda qaldı. Bu gün xalqımızın yaşadığı qürur və sevincin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin şücaəti, əsgər və zabitlərimizin misilsiz döyüş əzmi dayanır. Zəfər tağına aparan pilləkən əslində xalqımızın qürurla keçdiyi qəhrəmanlıq yolunun rəmzidir.
Prezidentin müraciətində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, xalqımızın milli həmrəyliyi və ordumuzun qəhrəmanlığı geniş yer aldı. Dövlətimizin başçısının "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik" sözləri qələbənin gələcək nəsillər üçün də milli yaddaşın ayrılmaz hissəsi olacağını birmənalı şəkildə ifadə edir.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən tarixi hadisə oldu. Sonrakı mərhələdə - 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə yeni tarixi reallıq yarandı. Prezidentin "Qarabağ Azərbaycandır və nida" ifadəsinə Xankəndidən səsləndirdiyi "O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq" fikri bu tarixi hadisənin rəmzi ifadəsidir.
Müraciətin mühüm məqamlarından biri də azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri idi. Dövlət başçısının "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" deməsi Zəfərdən sonrakı mərhələnin əsas məzmununun aydın ifadəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhərlər, kəndlər yenidən qurulur, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması Böyük qayıdışın real nəticələrini nümayiş etdirir.
Xankəndidə Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin açıqlaması da xüsusi rəmzi məna daşıyır. Muzeyin keçmiş icra hakimiyyəti binasında yerləşdirilməsi nəzərdə tutulur. Vaxtilə işğalçılıq siyasətinin mərkəzi olmuş binanın xalqımızın qəhrəmanlıq tarixini yaşadan muzeyə çevrilməsi keçmişlə bu gün arasında tarixi qarşılaşmadır. Bu həm də o deməkdir ki, Xankəndi təkcə Zəfərin qeyd olunduğu yer deyil, həm də onun tarixinin gələcək nəsillərə çatdırılacağı məkana çevrilir.
Prezident İlham Əliyev müraciətində milli-mənəvi dəyərlərə və azərbaycançılıq məfkurəsinə də mühüm yer ayırdı. Dövlət başçısının "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" fikri qələbənin arxasında dayanan milli birliyin və həmrəyliyin əhəmiyyətini ifadə edir. Məhz bu birlik xalqımızı ən çətin sınaqlardan keçirərək Vətən müharibəsində vahid amal ətrafında birləşdirdi.
Xankəndidən səslənən müraciət keçmişə ehtiram, bugünə qürur və gələcəyə inamın vəhdətidir. Burada şəhidlərin xatirəsi, ordumuzun qəhrəmanlığı, xalqımızın iradəsi, dövlətimizin qüdrəti və Qarabağda aparılan quruculuq işləri vahid Zəfər salnaməsində birləşdi.
Xankəndidə ucalan ikinci Zəfər tağı Qələbənin memarlıq rəmzi deyil, eyni zamanda xalqımızın sınmayan iradəsinin, şəhidlərimizin əbədi xatirəsinin, müstəqil dövlətimizin gücünün və tarixi yaddaşımızın ifadəsidir. Prezident İlham Əliyevin məhz bu tağın önündən xalqa müraciət etməsi bir daha göstərdi ki, Azərbaycan Zəfərini yalnız tarixə yazmır, onu quruculuqla, birliklə və suveren dövlətçiliklə yaşadır.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 201   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10 noyabr
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr