Qəhvə bir çox xəstəliklərin qarşısını alır. YENİ ARAŞDIRMALAR
Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, qəhvənin daim qəbulu (təbii ki, söhbət təbii və keyfiyyətli qəhvədən gedir) bir çox xəstəliklərinin qarşısını alır.
Belə ki, məlum oldu ki, qəhvə içməyən insanlarla müqayisədə daim qəhvə içən insanlar arasında ağır ürək-damar sistemi xəstəliklərinə daha az hallarda təsadüf edilir. Alimlərin fikirinə görə, bunun səbəbi qəhvənin ürək-damar sisteminə olan müsbət təsirindədir.
Digər ciddi elmi araşdırmalarda qəhvənin insanın sinir sisteminə, qara ciyərinə, mədəaltı vəzinə olan müsbət təsiri təsdiq olunub.
Belə ki, qəhvənin qəbulu yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsheymer və Parkinson xəstəliklərinin riskini xeyli azaldır.
Alimlərin fikirinə görə, qəhvənin hepaprotektor təsiri var. Bu o deməkdir ki, qəhvə qara ciyərin bərpasına kömək edir. Araşdırmalar nəticəsində çox maraqlı fakt aşkar edildi - alkoqolizm xəstələri arasında olan daim qəhvə içənlərdə sirroz və digər ağır qara ciyər xəstəliklərinə daha az təsadüf edilir.
Qəhvə mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və 2-ci tip şəkərli diabetin inkişafının riskini azaldır.
Həmçinin sübut olundu ki, qəhvə orqanizmdə qocalma prosesləri ləngidir.
Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər və vəziyyətlər zamanı qəhvənin qəbulu insanın sağlamlığına ziyan vura bilər.
Belə ki, həkimlər bu kimi hallarda qəhvənin qəbulundan imtina etmək tövsiyə edir:
- tutrəyən aritmiya
- hipertoniya (müalicə lazım olan effekt verməyən kəskinləşmə dövründə)
- qara ciyərin ağır xəstəlikləri (qara ciyərin ferment sistemində ağır pozulmalar olanda). Yuxarıda biz qeyd etmişik ki, qəhvə qara ciyərə müsbət təsir edir, onun bərpasına kömək edir. Lakin əgər insanda ağır qara ciyər xəstəliyi artıq varsa, qəhvənin qəbulu ona ziyan vura bilər.
- mədəaltı vəzi xəstəlikləri (kəskinləşmə dövründə)
- hamiləlik.
Alimlərin fikirinə görə, sağlam insan gün ərzində 3-5 fincan (qəhvə fincanı) qəhvə içə bilər. Lakin burada da orqanizmin fərdi reaksiyasına diqqət etmək lazımdır. Əgər bir neçə fincan qəhvə qəbul etdikdən sonra sizdə təzyiqin artması, ürək döyünməsinin tezləşməsi kimi simptomlar meydana çıxarsa, qəhvənin qəbulunu azaldın.\saglamolun.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1827 Tarix: 25 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrSosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
2 noyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabr