Dünya çempionatı: İki boksçumuz qalib gəldi
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşdə Şarles Peti-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (-60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxan boksçu Stiven Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.
Qeyd edək ki, mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (-63,5) Hovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (-75 kq) Şoma Meşterlə (Macarıstan) qüvvəsini sınayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1060 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO
"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin
15 sentyabr 2021Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir
Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi
5 sentyabr 2021MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı
11 sentyabr 2021Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər
7 sentyabr 2021Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO
Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır
14 sentyabr 2021Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir
5 sentyabr 2021MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda
5 sentyabr 2021MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını
11 sentyabr 2021