Həkim məsləhəti olmadan uşaqlara bu dərmanları verməyin - XƏBƏRDARLIQ
"Həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil".
Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Səhiyyə Nazirliyi xüsusilə də payız və qış fəsillərində geniş vüsət alan immunitet zəifliyini nəzərə alaraq valideynlərə xəbərdarlıq edib.
Səhiyyə Nazirliyinin məsləhətçisi Aynurə Zeynalovanın sözlərinə görə, xüsusilə də D vitamininin bədəndə çox olması xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Orqanizmdə vitamin ehtiyacının təmin olunması üçün uşaqlarda qida vərdişləri və düzgün yuxu rejimi formalaşmalıdır: "Biz dəfələrlə valideynləri bu barədə məlumatlandırsaq da, nəticə dəyişmir".
Pediatr Estella Məhərrəmova isə deyib ki, işlədiyi 4 saylı uşaq poliklinikasına tez-tez bu şikayətlərlə xəstə qəbul etsələr də, valideynlər öz vərdişlərini dəyişmək istəmirlər.
Valideynlər arasında bu məsələyə münasibət isə birmənalı deyil.
Məlum olduğu kimi vitaminlərin bəzilərini reseptsiz əldə etmək mümkündür. Əsasən hansı vitaminlərin alındığını elə aptekdən soruşmuşuq.
Mütəxəssislərin fikrincə, səhv və yersiz dərman qəbulu ölümlə nəticələnə bilər. Bu risk zərərsiz hesab edilən vitaminlər üçün də keçərlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1661 Tarix: 01 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr