Ana övladının bəkarətinin bərpası üçün pul aldı: Qızı öldürüldü

Ana övladının bəkarətinin bərpası üçün pul aldı: Qızı öldürüldüSumqayıt şəhərində nişanlısını öldürüb, anasını bıçaqlamaqda təqsirli bilinən Valeh İsgəndərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 2002-ci il təvəllüdlü Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

İstintaqla zərərçəkmişlərin nişanlısı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatunə Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilmiş Valeh İsgəndərov bildirib ki, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada valideynləri, həyat yoldaşı və 2 uşağı ilə birlikdə yaşayıb.

Qonşuluqda yaşayan Aydın Cabbarovun arvadı Xatunə onun 1-ci qrup əlil olan oğlu Abdullaya qulluq edib. Hadisədən təxminən 3 il əvvəl qonşusunun qızı Mehribanla "İnstagram" sosial şəbəkəsində tanış olub.

Valeh 2019-cu ilin yayında arvadı Cəmalə və uşaqlarını Astara rayonuna yola salıb. Aydın Cabbarovun evində təmir işləri apararkən Mehribanın evdə tək olmasından istifadə edib onu qucaqlayıb. Qəflətən otağa daxil olan qızın anası Xatunə onunla qızı arasında olan münasibəti yataqxanada yayıb. Rayondan qayıdan arvadı onun barəsində yayılan söz-söhbəti eşidərək uşaqlarını götürüb atasının evinə köçüb.

2020-ci ilin fevral ayında Mehribanla cinsi aləqədə olub və həmin ay valideynlərini məcburi onlara elçi göndərib qızla nişanlanıb. İki həftədən sonra ayrılmaq istədiyini deyəndə Mehriban zorlandığını deyərək ondan 1500 manat pul istəyib.

Valeh İsgəndərov ifadəsinin davamında bildirib ki, yataqxanada onun barəsində pis fikir forlamaşdırmağa başlayıblar.

"Xatunə bizə gəlib dedi ki, qızımın adı səninlə çıxıb, evlənməlisən. Mən də dedim ki, evlənib altı ay yaşayıb sonra ayrılaram, deyərsiniz ki, narkoman idi, bununla da qızının adı təmizə çıxar. Xatunə razı olmadı deyirdi ki, köç get yataqxanadan".

Sentyabrın 4-də işdən evə gələndə yataqxananın komendantı Əfqan Abıyev ona Mehribangildən uzaq durmasını tapşırıb. Xatunənin qızı ilə parkda olduğunu bilib söz-söhbətlərə son qoymaq üçün saat 19:00 radələrində ora yollanıb.

"Gəldim parka, istədim olara yaxınlaşım, məni görən kimi başladılar nalayiq söyüşlər söyməyə, Xatunə üstümə hücum çəkdi. Boynuma üzümə xəsarət yetirdi. Ətrafdakı şəxslər bizi ayırdılar, polisə zəng vurdular. Xatunəyə dedim ki, söyüşlərini kəs, yoxsa səni öldürəcəyəm. Mənə qarşı etdiklərinə görə onları cəzalandırmaq qərarına gəldim".

Valeh İsgəndərov evə qayıdaraq mətbəxdən bıçağı götürüb şalvarının belinə taxıb və həyətə düşüb. Kafedə bir neçə bakal pivə içib saat 21:00 radələrində həyətə qayıdıb. Xatunə ilə Mehriban bloka daxil olanda arxalarınca yollanıb. Addımlarını sürətləndirib 1-ci və 2-ci mərtəbənin arasında Mehribana çatıb bıçaqla zərbələr endirməyə başlayıb. Xatunə onunla əlbəyaxa olduqda ona da xəsrətlər yetirib.

Qadının qışqırıq səsinə bloka yığışan vətəndaşların əlindən çıxıb qaçmaq istəyəndə özlərini hadisə yerinə çatdıran polis əməkdaşları onu tutublar. Bölmədə olanda Mehribanın öldüyünü eşidib.

Valeh İsgəndərov ifadəsinin davamında bildirib ki, Mehribana və Xatunəyə çoxsaylı bıçaq zərbələri endirərkən onların sağ qalıb-qalmamasının marağında olmayıb. Xatunəyə nifrət edib. Qızını gözünün qabağında öldürüb, bu yolla ona əzab vermək istəyib.

Zərərəçəkmiş Xatunə Cabbarova bildirib ki, 2020-ci ilin fevral ayında Valehin anası onlara elçi gəlib. Oğlunun qızı ilə aralarında yaş fərqinin çox olduğunu deyərək bu nigaha razı olmadıqlarını bildirsə də, qadın Valehin artıq arvadından boşandığını söyləyib. Əl çəkməyib dəfələrlə elçi gəldiyindən qızı bir neçə gün Valehlə danışıb onu yaxından tanıdıqdan sonra qəti fikir söyləyəcəyini bildirib. Nəhayət, elçilərin təklifini qəbul ediblər. Bundan sonra Valeh Mehribana mobil telefon və gümüş üzük hədiyyə edib. 10-15 gün Valehlə ünsiyyət saxlayan qızı Valehin qısqanc olduğunu və müəyən tələblər qoyduğunu bildirərək onunla ailə qurmaq istəmədiyini deyib. Mehriban Valehin aldığı əşya və hədiyyələri qaytarıb və onunla əlaqəsini kəsib. Amma Valehin anası gəlib Mehribana oğlunun hər arzusunu yerinə yetirəcəyini deyib onunla barışmağını xahiş edib.

Barışdıqdan təxminən 2-3 həftə sonra evə qayıdanda qızının qollarında cırmaq, bədənində qançır izləri görüb. Nə baş verdiyini soruşduqda Mehriban Valehin tək olduğunu bilərək mənzilə gəlib onu zorladığını və müqavimət göstərəndə xəsarətlər aldığını deyib. Dərhal onlara gedib polisə şikayət edəcəyini deyib. Evə qayıtdıqdan sonra Valehin anası gəlib Mehribanla söhbət edib və bəkarətinin bərpa edilməsi üçün 1200 manat pul verib bir daha oğlunun adını çəkməmələrini tələb edib. Səhər qızını klinikaya aparıb və müayinə zamanı bəkarətin pozulması təsdiq edilib. Həmin məbləği verib Mehribanı əməliyyat etdirib.

Bu hadisədən sonra Valeh onları rahat buraxmayıb. Qızının yüngül həyat tərzi keçirməsi barədə yataqxanada şayələr yayıb. Bu hərəkətlərindən bir neçə dəfə polisə şikayət etsələr də Valeh barəsində tədbir görülməyib.

Hadisə baş verən günü xatırlayan Xatunə Cababrova bildirib ki, bloka daxil olub pilləkənləri qalxan zaman İsgəndərov sürətlə yanından ötüb qarşıda pilləkənləri qalxan Mehribanın bədəninə bıçaqla ardıcıl güclü zərbələr endirib. Qışqırıb Mehribanı qucaqlayıb, bədəni ilə örtərək "öldürmə yazığam" deyib, ondan övladı üçün aman diləyib. Valeh bıçaqla onun kürək nahiyyəsinə xəsarətlər yetirib. Ona tərəf çevrilən zaman döş qəfəsindən vurub onu pilləkənlərdən aşağı itələyib. Əl çəkməyib arxasınca gələrək onu yerdə vurmağa davam eləyib. Onun harayına qonşular daha sonra isə polislər gəliblər.

Mərhumun atası ifadəsində bildirib ki, Valeh addımbaşı qızın yolunu kəsib hədə-qorxu gəlirmiş. Buna görə dəfələrlə Valehlə görüşüb bu barədə söhbət edib, qızının onu sevmədiyini, Mehribandan uzaq durmasını istəyib. Lakin nəticəsi olmadığını görüncə məcbur olub polisə şikayət edib. Bundan sonra Valeh daha da azğınlaşıb: "Xatunə zəng vurub dedi ki, Valeh onları parkda döyür. Dərhal parka getdim, mənə də hücum çəkdi. Orada olanlar bizi Valehin əlindən aldılar. Özümü pis hiss eləyib evə gəldim. Qızımla Xatunə də arxamca gəlirdilər. Bu vaxt blokda səs gəldiyini eşitdim. Qızımla arvadım döşəmədə al-qan içərisində idilər. Mehriban xırıldayırdı. Hər ikisini xəstəxanaya apardıq. Orada Mehribanın öldüyünü dedilər".

Məhkəmə porsesi zamanı Valeh İsgəndərov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Xatunə Cabbarova təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edib.

Sonda məhəkəmnin hökmü ilə 33 yaşlı Valeh İsgəndərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum olunub./AZXEBER.COM


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3048   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021