Maşından küçəyə zibil atanlara XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və sərnişinlərə müraciət edərək ətraf-mühitə ziyan vurmamağa çağırış edib.
İdarədən "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur: "Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər".
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub: "Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 02 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı - 13 milyon dollar
Belarusun "Vitebsk Radiodetal Zavodu Monolit" ASC-nin direktorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşən keçmiş "Lennauçfilm" kinostudiyasının əmlak kompleksini satın alıb. Trend xəbər verir ki, bu barədə "Delovoy Peterburq" (DP) məlumat yayıb. Məlumat
10 aprelAzərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR
Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v
12 aprelAprelin pensiyası bu TARİXDƏ VERİLƏCƏK
Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. -un məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğu
12 aprelTural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub. "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, Tural Kərimov Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib
11 aprel"İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir..."
"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-prakti
10 aprel"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası
Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib
10 aprelİnternetin sürətini artırmaq üçün BUNU EDİN
İddialara görə, routerin arxasına yerləşdirilən folqa Wi-Fi siqnalını yaxşılaşdıra bilər. Bir çoxları buna şübhə ilə yanaşsa da, bəzi araşdırmalar göstərir ki, düzgün tətbiq edildikdə bu üsul müəyyən effekt verə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ideya əslində yen
12 aprel