29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR
Türkiyədə daha bir qadın cinayətin qurbanı olub.
Sonxeber.az bildirir ki, iyun ayında qaldığı otelin üçüncü mərtəbəsindən dəmir hasarların üzərinə düşərək dünyasını dəyişən 29 yaşlı tibb bacısı Şəbnəm Kökerin əslində sevgilisi tərəfindən öldürüldüyü bəlli olub.
Belə ki, tibb bacısının sevgilisi Timurçin Bayhanın iki ifadəsində fərqli saatlar deməsi və ziddiyyətli açıqlaması qətl şübhəsini artırıb. Bundan əlavə, hadisənin canlandırılmasından sonra, gənc qadının yıxılma formasına əsasən, onun aşağı itələnmiş ola biləcəyi anlaşılıb.
Hadisənin detalları:
İzmirdə xəstəxanaların birində tibb bacısı olaraq işləyən Şəbnəm "İnstagram"da gəmi kapitanı Timurçin Bayhanla (34) tanış olub. Bir müddət dostluq edən Şəbnəm Timurçinlə görüşmək üçün İzmirdən İstanbula gəlib. Sevgililər Kadıköydə yerləşən otelə yerləşiblər. Oteldə ikən, Bayhana həyat yoldaşından zəng gəlib, onun qarşı tərəfə "canım" deyə xitab etməsi tibb bacısını özündən çıxarıb. İkili arasında mübahisə yaranıb və ardınca Köker 7 iyun, gecə 03:00 radələrində üçüncü mərtəbədəki otağın pəncərəsindən aşağı düşüb, beyin qanaması səbəbilə dünyasını dəyişib.
Şahid Timurçin Bayhan isə ilk ifadəsində Kökerin saat 19:00-da otelə geri gəldiyini və telefonunu sahildə düşürdüyünü deyib. Lakin ikinci ifadəsində Kökerin 23:00 radələrində geri döndüyünü bildirib. Onun bu çıxışları, gənc qadının qəsdən öldürüldüyü ilə bağlı şübhələri artırıb.
İstanbul Baş Prokurorluğu isə Kökerin ölümü ilə bağlı istintaqını yekunlaşdırıb. Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə, Kökerin sevgilisi Timuçin Bayhanın "qəsdən adam öldürmə" ittihamı ilə ömürlük həbsi istənilib./Sfera.az


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3405 Tarix: 03 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr