Vaksinin üçüncü dozasının vurulması vacibdir - AÇIQLAMA

Vaksinin üçüncü dozasının vurulması vacibdir - AÇIQLAMASon günlər sutka ərzində koronavirusa yoluxanların sayı 2 mini keçir. Təəssüf ki, sağalanların sayı isə yoluxanların sayından azdır. Koronavirusdan həyatını itirən insanlar da var. Bununla mübarizə aparmaq üçün karantin qaydalarına riayət etmək və həkim tövsiyələrinə əsasən vaksinin üçüncü dozasını vurdurmaq lazımdır.

Bu sözləri Oxu.Az-a deputat Kamilə Əliyeva son günlər ölkədə koronavirusa yoluxmanın sayında müşahidə edilən artımla bağlı əhaliyə çağırışında deyib.

Onun sözlərinə görə, tətbiq edilən yumşalmalardan sonra yoluxmanın artması gözlənilən idi:

"Eyni zamanda payız fəslinin gəlişi respirator xəstəliklərin oyanması ilə müşahidə edilir ki, bu da yoluxmaların artmasına təsir edən məqamlardan biridir. Lakin sevindirici haldır ki, bu gün ölkə ərazisindəki xəstəxanalarda çarpayı problemi və yoluxanların dərman preparatları ilə təmin edilməsi məsələsində heç bir problem yoxdur. Dövlət tərəfindən bütün bunlar qabaqlayıcı tədbirlər sayəsində həll olunub. İnsanlar yoluxmadan qorunmaq üçün operativ qərargahın tələblərinə uyğun davranmalı və ictimai yerlərdə sosial məsafə prinsiplərinə əməl etməlidirlər.

Bilirsiniz ki, artıq koronavirusa qarşı vaksinin hər iki dozasını alan insanlar 50 faizdən çoxdur. Cəmiyyətdə vaksinasiya prosesinə güvən günbəgün artmaqdadır. Çünki, cəmiyyətdə vaksin vurduran şəxslərin yoluxma ehtimalı vaksinasiya prosesinə qoşulmayan şəxslərdən daha azdır. Vaksinli şəxslərin xəstəliyi çox yüngül keçirməsi halı kifayət qədər müşahidə edilir".

O bildirib ki, vurulan vaksinin insan orqanizmində yaratdığı anticisimlərin də ömrü müəyyən bir müddət çəkir:

"Vaksinin insan orqanizmində yaratdığı anticisimlərin azalmağa doğru getdiyini nəzərə alaraq vaksinin üçüncü dozasının vurdurulmasına ciddi ehtiyac yaranır. Bilirsiniz ki, müəyyən peşə sahibləri, koronavirus xəstələri ilə daim təmasda olan həkimlər, müəllimlər, eləcə də cəmiyyətdə 50 yaşdan yuxarı olan şəxslərin vaksinin üçüncü-buster dozasını vurdurması daha vacibdir. Vaksinin təhlükəli hər hansı əlamətlərinin üzə çıxma ehtimalı yoxdur. Odur ki, vaksinasiya prosesinə əməl etməliyik və üçüncü dozanı vurdurmaqla özümüzü, ailəmizi və ətrafımızı koronavirusdan qorumalıyıq. Bizim sağlamlığımız, sağlam cəmiyyət deməkdir. Buna görə də müvəqqəti də olsa kütləvi yerlərdə toplaşmayaq, tibbi maska və dezinfeksiya vasitələrindən təyinatı üzrə istifadə edək ki, bu bəladan özümüzü qoruyaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1523   Tarix: 03 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021