MƏMUR SƏHLƏNKARLIĞI: "AZAL"ın işçisi ilə bağlı 2020-ci ildən açılmayan cinayət - VİDEO

MƏMUR SƏHLƏNKARLIĞI: "AZAL"ın işçisi ilə bağlı 2020-ci ildən açılmayan cinayət - VİDEOSaytımıza şikayət daxil olub.

Sonxeber.az-ın verdiyi məlumata görə, oğlu təcridxanada olan Məmmədova Nigar bildirir ki, 5 nəfərin azadlıqda qalmasına xatir onun övladını tam sağalmağa qoymurlar.

Qadın qeyd edir ki, "AZAL" işçisi olan Məmmədov Fərrux baş və boyun nahiyyəsinə armaturla vurulub və bundan sonra başında yaranan şiş səbəbindən onun "ağlı gedir-gəlir". Bu barədə 14.06.2020 tarixində DİN-ə və Nazirlər Kabinetinə məlumat verilib. Nigar xanım övladına edilən haqsızlığa bəzi məmurların göz yumduğundan şikayətlənir:

"Oğluma qarşı törədilən 11.06.2020, 14.06.2020, 15/16/17/18/19.06.2020, 20.07.2020, 30.07.2020, 08.08.2020, 11.08.2020, 12/13.08.2020, 18.08.2020, 19.08.2020, 14.09.2020, 13.10.2020, 16/17/19/20/21.10.2020 tarixli cinayəti istintaq zamanı yazılı şəkildə təqdim etdiyim halda məsələ niyə araşdırılmır? Bu haqsızlıqların səbəbi nədir? Açıq-aşkar cinayət niyə bağlı qalır?

Baş prokuror Kamran Əliyevi kim necə aldatdı ki, 49 məktubum, 18 teleqramım araşdırılmadı?! Hətta MRT müayinəsi üçün Baş Prokurorluq səviyyəsində icaze alınıb. Mənim oğlumu öz vəsaitimə tam sağalmağa qoymurlar.

28 /29.11.2020 tarixli cinayətlər saxtalaşdırıldı. Müstəntiq Mikayıl Məmmədzadə və iki polis İstintaq zamanı oğluma bədən xəsarətləri yetirib və işgəncə veriblər. Bu faktın tarixləri saxtalaşdırılib və bildirilib ki, guya oğlum özü-özünə noyabr ayında xəsarət yetirib. Baş prokuror və ambudsman aldadılıb. Mən günahkar axtarmıram. Oğlumun xəstə olduğunu sübut etmək istəyirəm. 11.06.2020 tarixindən 27.06.2020 tarixinədək oğlum hərəkətlərini bilmədiyinə görə 16 nəfərin müşahidəsi altında olub.

İstintaq zamanı hərəkət etmiş başın MRT müayinəsi üzərində ekspertin yalandan "sağlam" yazmasını Baş Prokurorluq, Gəncə Apellyasiya Məhkəməsi və Gəncə İnzibati Məhkəməsi niyə araşdırıb ölçü götürmədi?! Tibbi sənəddə (30.07.2020) onun başından və qulağından qanın, irin gəldiyi təsdiqləndiyi halda ekspert hərəkət etmiş baş MRT-si ilə niyə kifayetlənib? 14.09.2020 tarixli baş-boyun MRT-sində qanlı-irinli mayeni, əzilmis damarı, yerinden oynamış fəqərələri və baş-təpə-əmgək sümüyünün sınığını (5/5 əyri bitmiş əmgək sümüyünün sınığını) ekspert niyə görə bilmir?

16 aydır, oğlum Fərruxun tam sağlamlığına qovuşmasına kim mane olur? 5 dəfə konvoyla müayinəyə çıxıb, nəticələri kim saxtalaşdırır? Ruhi dispanserdən deyilir ki, iş istintaqa qayıtmasa, oğlumun xəstəliyi yazılmayacaq. Halbuki bir sıra psixiatr, psixosomatik, nevropatoloq, neyrocərrah, neyrotravmatoloqlar oğlumun ciddi xəstə olduğunu, hər an tutmasının ola biləcəyini deyirlər. Həmin an o, yenidən cinayət törədə, adam öldürə bilər.

Dəfələrə müraciətimə yayındırıcı cavablar verilir. Oğlumu tam sağalmağa qoymurlar.

Biz onun saxlanma şəraitindən narazı deyilik. Biz zəncirvari şəkildə bir-birinə qoşulub yuxarı məmurları aldadan bəzi səhlənkar məmurlardan şikayətçiyik.

5 nəfərin azadlıqda qalmasına xatir Fərruxun tam sağalıb qanun qarşısında dayanmasına icazə verilmir.

Kim 11 vəkildən 9-unu "AZAL"ın işçisini müdafiə etməyə qoymur? Baş Prokurorluqda vəkillərə ittiham aktını yazmağa kim icazə vermir?

Baş prokuror, cənab Kamran Əliyev, cənab Anar Bağırov, ədliyyə naziri, daxili işlər naziri, səhiyyə nazirindən xahiş edirəm, məsələni araşdırsınlar, kömək etsinlər. Bəzi səhlənkar və saxtakar məmurlar öz çirkli əllərini oğlumun üzərindən çəksinlər! Onların özlərinin balalarının başına bu hadisə gəlsə (armatur dəmirlə vurub 17 gün gizlətsələr, və cinayətkarlar sonradan onu cinayətkara çevirsələr) nə edərdilər? Mənim oğlumun günahı nədir? Onun baş-boynuna armatur dəmirlə vurub gizlətməsəydilər, özünu də zəng edib bezdirməsəydilər, Fərrux bu cinayəti törətməzdi. Bir halda ki, Qazax rayon İcra Hakimiyyətinin bizim evə göndərdiyi nümayəndələr bəllidir, bu məsələlər niyə gizlədilir?!

Baş Prokurorluq istəsə, istintaq zamanı "YouTube"da dediyim tarixlərin videogörüntulərini alıb baxa bilər".

Qadının şikayətini daha ətraflı aşağıdakı audiodan dinləyə bilərsiniz:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7429   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr