Düşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTO

Düşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTOBu gün işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçən Elvin Rəhimovun şəhadətə ucalmağından bir il ötür.

Sonxeber.az xəbər verir ki, bu müharibədə bizə öz canı bahasına qələbə bəxş edən şəhid Rəhimov Elvin Ehtiram oğlu 20 noyabr 1991-ci ildə Füzuli rayonu Zərgər kəndində anadan olmub.

Elvin 2007- ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2010-cu ildə həmin liseyi əla qiymətlərlə bitirərək, Ali Hərbi Məktəbə qəbul olur. 2014- cü ildə eyni məktəbin kəşfiyyatçı ixtisasını bitirir. 2015-ci ildə ona Naxçıvan MR təyinatı verilir.

Elvin 3 xarici dil (ingilis, rus, erməni) bilib, 3 fərqli idman növü (karate, aykido, qaydasız döyüş) ilə məşğul olub. O, hətta karate üzrə çempion olub.

Şəhidimiz qulluq etdiyi hərbi hissədə, kəşfiyyatçı qrupun komandiri, komandirin siyasi məsələlər üzrə müavini ("zampalit"), bölük komandiri və ordu hissəsində rəis vəzifəsində çalışıb. Savadı sayəsində çalışdığı yerdə daim fərqlənib. Xidməti dövründə bir neçə dəfə fəxri fərmanla təltif olunub.

Naxcıvan MR sədri tərəfindən xidmətində fərqləndiyinə görə mükafatlandırılıb. Azərbaycan ordusunun yaranması münasibəti ilə yubiley medalı ilə təltif olub.

Bacısının sözlərinə görə, Elvinin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olması olub:

"Tale elə gətirdi ki, bu arzusu həyata keçdi. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusu işğalda olan torpaqları azad etmək üçün əks-hücuma başladı. Bu zaman qardaşım da qürur hissi ilə döyüşüb.

Elvin Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda qəhrəmancasına vuruşub. Düşmənin "Kabus" adlandırdığı dəstəyə başçılıq edib. Tabeliyində olan əsgərlərlə birlikdə düşmənin yüzlərlə texnikasını, xeyli sayda canlı qüvvəsini məhv edib.

Ən yadda qalan isə Şuşa döyüşləri olub. Şuşada bizim əsgər və zabitlərimiz qəhrəmanlıq dastanı yazdı. Elvin arzusuna çatdı. Torpaqlarımız işğaldan azad olundu. Amma o, bunun səfasını çəkə bilmədi.

Elvin 4 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucaldı".

Düşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTODüşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTODüşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTODüşmənin dilini bilən, onlara kabus yaşadan ŞƏHİDİMİZİ TANIYAQ - FOTOZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3501   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr