Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Tarixi sənədin hazırlanmasında və qəbulunda müstəsna xidmətləri olan, onun ideya müəllifi Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın konstitusion quruluşunun banisi kimi tarixə düşmüşdür".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarixçi Ələddin Bəşirov bildirib.

"1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni cəmiyyət quruculuğu, demokratik təsisatların formalaşdırılması və hüquqi dövlətin yaradılması kimi mühüm vəzifələr dayanırdı. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi və sosial çətinliklər dövlətçiliyimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin təmin olunmasını və hüquqi dövlət quruculuğunun əsaslarının yaradılmasını prioritet istiqamətlər kimi müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil dövlətin möhkəm təməllər üzərində inkişafı üçün hər şeydən əvvəl onun müasir dövrün tələblərinə cavab verən Əsas Qanunu olmalıdır. Məhz bu məqsədlə 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması istiqamətində mühüm işlərə başlanıldı. Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə geniş ictimai müzakirəyə təqdim edildi. Nəticədə 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Bu tarixi hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyənləşdirmək iradəsinin parlaq ifadəsi idi. Konstitusiya müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarını müəyyən etdi, insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etdi. Sənəddə hakimiyyət bölgüsü prinsipi, demokratik idarəçilik, qanunun aliliyi, mülkiyyət formalarının bərabərliyi və vətəndaşların hüquq bərabərliyi kimi mühüm prinsiplər öz əksini tapdı.

Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına xüsusi önəm verilməsidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyət sahibi olmaq, fikir və söz azadlığından istifadə etmək hüquqları Əsas Qanunla təmin edilir. Bu prinsiplər demokratik cəmiyyətin formalaşması, vətəndaş həmrəyliyinin möhkəmlənməsi və ölkədə hüquqi mədəniyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Konstitusiyanın qəbulundan sonra ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq sisteminin inkişafı və demokratik institutların möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın siyasi sabitliyinə, iqtisadi yüksəlişinə və beynəlxalq mövqelərinin güclənməsinə geniş imkanlar yaratdı.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir inkişaf modelini formalaşdırmış, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmişdir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yaxşılaşdırılması, hüquqi və demokratik təsisatların təkmilləşdirilməsi Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanır.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin yeni mərhələsini təşkil edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər müstəqil dövlətimizin gücünü və qüdrətini nümayiş etdirməklə yanaşı, Konstitusiyada təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsiplərinin real həyatda təntənəsinə çevrildi. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.

12 Noyabr - Konstitusiya Günü hər bir azərbaycanlı üçün dövlət müstəqilliyinə, milli birliyə, hüquqi dövlətçilik ənənələrinə və demokratik dəyərlərə ehtiram günüdür. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, müstəqil Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasəti, xalqımızın birliyi və milli maraqlarımıza sədaqət dayanır.

Əminliklə demək olar ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi iradəsinin, dövlətçilik düşüncəsinin və gələcəyə olan inamının təcəssümüdür. Bu ali hüquqi sənəd müstəqil Azərbaycanın inkişaf yoluna işıq salan, dövlətçiliyimizin möhkəmliyini təmin edən və gələcək nəsillər üçün mühüm hüquqi miras olan əvəzsiz tarixi sənəddir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiya müstəqil Azərbaycan dövlətinin əbədi yaşamasına və daha da güclənməsinə xidmət edir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 173   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021