Sumqayıtda kişi qayınanasını döydü, arvadının üstünə turşu atdı

Sumqayıtda kişi qayınanasını döydü, arvadının üstünə turşu atdıSumqayıtda 41 yaşlı kişi qayınanasını döyüb, həyat yoldaşının üzərinə sulfat turşusu atıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib. Qəsəbə sakini 41 yaşlı Teymur Heydərli ailə münaqişəsi zəminində qaynanası 1969-cu il təvəllüdlü Sədaqət Rüstəmovanı döyərək ona xəsarətlər yetirib. T.Heydərli həyat yoldaşı 1994-cü il təvəllüdlü Nərmin Heydərovaya da ağır bədən xəsarətləri yetirib, üzərinə sulfat turşusu atıb.

Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 52 yaşlı S. Rüstəmovaya qapalı beyin travması, beyin silkələnməsi diaqnozu, N. Heydərovaya isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsi və sinə nahiyəsi 1 və 2-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub. Bədəninin 20 faizi yanan 27 yaşlı qadının vəziyyəti ağırlaşdığından o, Bakı Yanıq Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2045   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Aquarius Fitness"in rəhbəri sığortasız "Lexus" sürdü, cərimə olundu

"Aquarius Fitness" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri cərimə olunub. Qaynarinfo-nun məlumatına görə, Məmmədyarova Günel Həsən qızının rəhbəri olduğu şirkətin mülkiyyətində olan "Lexus Es300 H Hibrid Minik" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəs

12 iyun
.

Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...

Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar

14 iyun
.

"Alko Ltd"şirkətinin zavodundan Xəzər dənizinə kimyəvi tullantı axıdılır?

Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodu çirkab suları birbaşa Xəzər dənizinə axıdır. XALQ xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Bildirilib ki, axıdılan zəhərli maddə hektarlarla ərazidə suda yaşayan canlıların məhvinə səbəb olur. "Külli miqdarda balıqlar zəhərlənir

12 iyun
.

Qəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı

12 iyun
.

Uşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?

Valideynlərin övladlarının fotolarını, videolarını virtual məkanda nümayiş etdirmələri artıq adi hal alıb. Sadə bir sevincin bölüşülməsi kimi görünən bu paylaşımlar, əslində uşaqların ləyaqətinin qorunması, hüquqi məsuliyyət və kibertəhlükəsizlik kimi problemləri də özü ilə gətirir. Müasir rəqəmsal dövrü

13 iyun
.

Lənkəranda qazi vəfat etdi - Foto

Lənkəran rayonunda qazi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib. O, döyüş əməliyyatlarında fəa

13 iyun
.

Bu halda pensiya verilməyəcək - BİLMƏLİ OLDUĞUNUZ DETAL

Ailə başçısını itirməyə görə pensiya hansı hallarda verilmir?. Ailə başçısını itirməyə görə əmək pensiyası sosial təminat sisteminin mühüm hissələrindən biridir və məqsədi ailə üzvlərinin maddi təminatını qorumaqdır. Lakin bu pensiyanın təyin edilməsi hər bir halda avtomatik şəkildə həyata keçirilmir

14 iyun
.

"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

13 iyun
.

Bu ərazilərdə iyun pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublik

12 iyun