Niyə 2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir?-AÇIQLAMA

Niyə 2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir?-AÇIQLAMATürkiyəli mütəxəssislər 2 doza "Sinovac" peyvəndi vurduranların hazırda peyvənd olunmamış hesab edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur.

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.

O bildirib ki, 3 aya qədər "Sinovac"ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqayisədə olduqca aşağıdır:

"Hazırda Azərbaycanda da, qonşu ölkə Türkiyədə də ən geniş şəkildə tətbiq olunan vaksin "Sinovac"dır. Pandemiyanın əvvəlində effekti sübut olundu. Həqiqətən də yaxşı effekt verdi. Hansı ərazidə ki, geniş tətbiq olunmuşdu, artıq həmin yerlərdə yoluxma saylarında kəskin düşüş görülməyə başlamışdı.

Amma yeni variantlar bu vəziyyəti dəyişdi. Hazırda "Delta" variantı və onun subvariantlarında "Sinovac"ın effektivliyi olduqca aşağıdır. 3 ayı ötmüş şəxslər tamamilə qorunmasızdırlar. 3 aya qədər isə "Sinovac"ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqayisədə yenə də aşağıdır.

Buna görə də, inkişaf etmiş ölkələrdə bu cür "inaktiv" vaksinlər əvəzinə ""mRNT" və "Vektor" vaksinlərinə daha çox üstünlük verilir.

Azərbaycanda da bu vaksinlər var. Lakin geniş şəkildə tətbiq olunan vaksinlər bunlar deyil. Bizdə yaxşıdır ki, hər kəs özü könüllü şəkildə istədiyi vaksini seçə bilər.

Məsləhət görürəm ki, vətəndaşlar vaksinasiyada mümkün qədər "mRNT" və "Vektor" vaksinlərindən istifadə etsinlər. Bu vaksinlər daha yaxşı immunizasiya verir, daha uzunmüddətli qoruyucu xüsusiyyəti var. Lakin nə qədər yaxşı, effektiv hesab edilsə də, hətta "Pfizer" vurduranlar da 6 aydan sonra tam qorunmamış sayılırlar. Həmin şəxslərin immuniteti olduqca zəifləyir və onlar yenidən gücləndirici "buster" dozanı da almalıdırlar".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8487   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr