TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinibVideo yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir. Bu hesabatlarda istifadəçilərin təhlükəsizliyinin qorunması və kontent yaradıcılarına dəstək istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

TikTok 2026-cı ilin ikinci rübündə istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticələrini əks etdirən İcma Qaydalarına əməl olunmasına dair yeni hesabatını təqdim edib. Hesabatda İcma Qaydalarını pozan videoların daha sürətli aşkarlanmasına və silinməsinə imkan verən məzmun moderasiyası üzrə yeni yanaşmalar haqqında da məlumat verilib.

Hesabata əsasən, 2026-cı ilin aprel-iyun ayları ərzində Azərbaycanda:

• 570 mindən çox video İcma Qaydalarını pozduğuna görə silinib;
• Silinən videoların 99,6%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl platforma tərəfindən proaktiv şəkildə aşkarlanaraq silinib;
• İcma Qaydalarını pozan videoların 93,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Dünya üzrə isə eyni dövrdə TikTok tərəfindən:
• Platformanın qaydalarını pozan 188 milyondan çox video silinib;
• Kontentin 99,5%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl silinib. Bu, platforma tarixində indiyədək qeydə alınan ən yüksək göstəricidir;

Kontentin 92,7%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

TikTok süni intellekt də daxil olmaqla, məzmun moderasiyası texnologiyalarını təkmilləşdirməyə davam edir. 2026-cı ilin ikinci rübündə dünya üzrə silinən videoların 97,4%-i süni intellekt texnologiyalarından istifadə edən avtomatlaşdırılmış sistemlər vasitəsilə silinib. Bu, platformanın fəaliyyəti tarixində qeydə alınan ən yüksək göstəricidir.

Bu alətlərin inkişafı İcma Qaydalarını pozan məzmunun daha operativ aşkarlanmasına və istifadəçilərin belə videolarla qarşılaşma ehtimalının azaldılmasına imkan verir.

Moderasiya prosesində TikTok-un təhlükəsizlik komandası da iştirak edir. Mütəxəssislər daha mürəkkəb və mübahisəli halları, o cümlədən istifadəçi şikayətləri əsasında yoxlanılması tələb olunan məzmunları nəzərdən keçirir və onların məhdudlaşdırılmasına ehtiyac olub-olmadığı barədə qərar verirlər. Qayda pozuntusu təsdiqləndiyi halda, hesab sahibinə müvafiq bildiriş göndərilir.

TikTok saxta hesablar və süni şəkildə artırılan göstəricilərlə mübarizəni də gücləndirir. 2026-cı ilin ikinci rübündə platforma dünya üzrə 352 milyondan çox saxta hesabın yaradılmasının qarşısını alıb. Bununla yanaşı, 6,2 milyarddan çox süni şəkildə artırılmış bəyənmə, 2,7 milyard saxta izləyici və saxta hesablardan paylaşılmış 190 milyon şərh silinib. TikTok, həmçinin izləyicilərin sayını süni şəkildə artırmağa yönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.

Bu cür pozuntuları aşkarlamaq üçün platforma saxta göstəricilərlə mübarizə aparan və kontent yaradıcılarının, eləcə də onların videolarının populyarlığının süni şəkildə artırılmasına imkan verməyən texnologiyalarını təkmilləşdirir.

TikTok İcma Qaydalarına əməl olunması ilə bağlı hesabatları mütəmadi dərc etməklə fəaliyyətində şəffaflığı təmin etməyə və istifadəçiləri onların yaradıcılığı və ünsiyyəti üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş tədbirlər barədə məlumatlandırmağa davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 120   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr