Suraxanı rayonunda keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb - FOTO

Suraxanı rayonunda keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb - FOTOSuraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkarlanmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son on gün ərzində keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkarlanmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son on gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər.

Rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində qeyd olunan hüquqazidd əməllər törədən 26 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində paytaxt sakini Rafiz Mustafayev saxlanılıb. Onun üzərindən bir ədəd yivli avtomatik tapança, bir ədəd daraq, altı ədəd patron aşkarlanıb. Əmircan qəsəbəsində həyata keçirilən digər əməliyyat zamanı isə Abidin Ağayev və Zaur Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. A.Ağayevin yaşadığı evə baxış zamanı 1 ədəd əl qumbarası, 11 ədəd patron, 1 ədəd sənədləri olmayan ov tüfəngi, 1 ədəd pnevmatik tapança və 92 qram heroin aşkarlanıb. Zaur Ağayevin qəsəbə ərazisində yaşadığı ünvandan isə 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi, 2 ədəd elektron tərəzi və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Hövsan qəsəbəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı həmin ərazidə yerləşən binalardan 40 ədəd su sayğacı oğurlayan Alik Ələkbərov, eləcə də 3 evdən oğurluqlar edən İlham və Tural Məmmədov qardaşları saxlanılıblar. Alik Ələkbərovun üzərindən həmçinin narkotik vasitə olan heroin də aşkar olunub.

Qeyd edilən dövrdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının Yeni Günəşli qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər - Samir Abbasəliyev, Kamran Rəfibəyli, Ağaəli Ağayev, Bilal Səfərov, Vüsal Tanrıverdiyev, Natiq İrzayev, Əfsanə Rəsulova və Şəhriyar İslamov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha yeddi nəfər - Cəfər Hacıyev, Əliseyran Seyfullayev, İlqar Nəcəfov, Valeh Mirzəzadə, Əjdər İsgəndərov, Kamil Kərimov və Elman İsmayılov saxlanılıblar. Onların da üzərindən və yaşadıqları evlərdən satış məqsədi ilə əldə etdikləri heroin və digər növdən olan narkotik vasitələr aşkarlanıb.

İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər – Yusif Qarayev, Emin Paşayev, Əli Əlizadə, Qılman Babayev və Emil Zeynalov saxlanılıblar. Onlardan da satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar olunub.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə iki kiloqramdan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Suraxanı rayonunda keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1944   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr