General Həzi Aslanov Masallıda şəhid ailələrini ziyarət etdi - VİDEO/FOTO
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis General-mayoru Həzi Aslanov Masallı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailəsini ziyarət edib.
Azerforum "Asiya tv"ə istinadən xəbər verir ki, General-mayor Həzi Aslanov və onu müşayət edən Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev əvvəlcə Daxili Qoşunların çavuşu olmuş şəhid Ramazan Vəliyevin evində olub, ailə üzvləri ilə görüşərək onları Zəfər Günü münasibəti ilə təbrik edib.
Generala şəhidin keçdiyi döyüş yolundan məlumat verilib.
Şəhid Çavuş Vəliyev Ramazan Hilal oğlu Vətən uğrunda göstərdiyi şücayətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Baş idarə rəisi həmin medalı şəhidin atasına təqdim edib.
Sonra General-mayor Həzi Aslanov Daxili Qoşunların çavuşu olmuş şəhid Cavad İbadovun evində olub, onun ailə üzvləri ilə görüşüb. Daxili İşlər Naziri Vilayət Eyvazovun salamını şəhid ailəsinə çatdıran Baş İdarə rəisi onların Zəfər Bayramını təbrik edib.
General-mayora şəhidin keçdiyi döyüş və həyat yolundan məlumat verilib.
Şəhid Çavuş İbadov Cavad Cabir oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə -
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilb.
Həmin medalları General-mayor Həzi Aslanov şəhidin ailə üzvlərinə təqdim edilib.
Sonda xatirə şəkili çəkilib.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3257 Tarix: 06 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr