Sürücülük vəsiqəsini energetik içki ilə yuyub təpiklədilər - VİDEO
Sosial şəbəkələrdə sürücülük vəsiqəsini energetik içki ilə yuyan şəxs ciddi müzakirə mövzusuna çevrilib.
Sonxeber.az xəbər verir ki, videogörüntülərdə şəxs sürücülük vəsiqəsini öncə energetik içki ilə yuyur, daha sonra təpiklə vuraraq yerə atır. Şəxsin kimliyi, sürücülük vəsiqəsinin özünə aid olub-olmadığı isə məlum deyil.
Sosial şəbəkə istifadəçiləri şəxsin bu hərəkətini birmənalı qarşılamayıb və dövlət sənədinə qarşı bu cür yanaşmanın doğru olmadığını qeyd ediblər.
Qanunvericilikdə bu kimi davranışlara qarşı hər hansı inzibati tənbeh tədbirləri varmı?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür davranış ilk növbədə insanın öz mədəniyyətinin göstəricisidir:
"Sürücülük vəsiqəsinin üzərində də bizim milli ornamentlərimiz var, ölkəmizin xəritəsi orada əks olunub. İndi həmin adam məsuliyyətsizlik, mədəniyyətsizlik edərək sürücülük vəsiqəsini energetik içki ilə yuyur. Onun üzərində olan mikroçip zədələnir və öz keyfiyyətini itirə bilir. Bu sadəcə harınlığın, qudurğanlığın nəticəsidir. İnsan nə ilə seçilə bilər? Sürücülük vəsiqəsinin üzərinə energetik içki töküb, təpiklə vurub yerə atmaq normal insana aid hərəkət deyil.
Düşünürəm ki, həmin şəxsin sürücülük vəsiqəsini nə zaman aldığı, nə qədər cəriməsi olduğu, bu hərəkəti etməklə nə demək istədiyi Dövlət Yol Polisi tərəfindən araşdırıla bilər. Hər halda bu ədəbsizlikdir, normal hərəkət deyil. Psixoloqlar da buna rəy verə bilər ki, normal insan şəkil, ad, soyad olan vəsiqəni niyə təpikləyib ayaqaltına atır? Hər şeydən əvvəl sürücülük vəsiqəsinin üzərində Azərbaycan Respublikasının xəritəsi var. Bu məsələdə insanlar ictimai qınaq nümayiş etdirməlidir. Çünki bu məsələdə qanunvericiliklə hər hansı qadağa, cəza nəzərdə tutulmur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4680 Tarix: 06 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabr