"www.shusha.today" portalı təqdim edildi
Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.shusha.today" portalının təqdimatı olub.
Sonxeber.az xəbər verir ki, portal Şuşada tarixi, bu günə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb.
Portal 7 bölmədən ibarətdir. "Bizim Şuşa" adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.
"Şuşada erməni vandalizmi" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar yer alıb.
"Şuşa bu gün" bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra şəhər ilə bağlı Sərəncamları, Şuşaya səfərləri,Şuşada aparılan yenidənqurma işləri və Şuşada baş verən yenilikləri özündə əks etdirən xəbərlər verilir. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaq.
"Şuşanın qəhrəmanları" bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısı təqdim olunub.
"Şuşanın məşhur insanları" bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin formalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər barədə məlumat, foto və videomateriallar verilib.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1293 Tarix: 06 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabr