XTQ komandanı Şuşanın azad olunmasının sirlərini açıqladı
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışıb.
Oxu.Az-ın məlumatına əsasən, Hikmət Mirzəyev Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filmində deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə əsasən Şuşa əməliyyatı planlaşdırılıb.
"Digər rayonların azad edilməsindən fərqli olaraq, Şuşa əməliyyatında mənim tərəfimdən xüsusi tələblər qoyuldu. Əsas diqqət, güc tapşırıqların yerinə yetirilməsinə cəmləndi", - deyə Hikmət Mirzəyev bildirib.
Onun sözlərinə görə, yuxarı komandanlığa konkret hansı tarixdə Şuşanın azad olunması barədə də danışıb.
"Biz Hadrutu, Füzulini işğaldan azad etdikdən sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü mən əmin idim ki, Şuşanı işğaldan təmizləyəcəyik. Hətta mən Müdafiə Nazirliyində olan bir-iki nəfərə də bu barədə bildirmişdim".
Hikmət Mirzəyev qeyd edib ki, Vətən müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir.
"Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həlledici rolu və tarixə düşəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə, vaxtında icra etdilər. Şəxsi heyət bununla bağlı inanılmaz və əfsanəvi qəhrəmanlıq ortaya qoydu", - deyə o əlavə edib.
Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi:
"Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2792 Tarix: 09 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabr