Ermənistanın müdafiə naziri Qarabağa gəlməyə cəsarət edib?

Ermənistanın müdafiə naziri Qarabağa gəlməyə cəsarət edib?Ermənistan mətbuatında ölkənin müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb.

Sözügedən səfərin noyabrın 6-da baş tutduğu iddia olunur. Onun Qarabağda "döyüş mövqelərini" ziyarət etdiyi, "mövqelərin gücləndirilməsi" ilə tanış olduğu bildirilir.

Erməni nazirin Qarabağa getməsinə dair görüntülər mətbuatda əksini tapmayıb. Bu informasiyanın erməni təbliğat maşınının növbəti istehsalı olması da istisna deyil.

Lakin informasiya doğrudursa, o zaman növbəti dəfə suallar yaranır: Ermənistan rəsmisinin, üstəlik müdafiə nazirinin Azərbaycan torpaqlarına sərbəst şəkildə gəlməsinə kim icazə verib? Sülhməramlıların nəzarətində olan əraziyə necə olur ki, Ermənistan rəsmisi gedə bilir?

Sülhməramlıların əsas vəzifəsi Qarabağda sülhün qorunması olmaqla bərabər, eyni zamanda sülhə əngəl yarada biləcək təxribatların qarşısının alınmasıdır. Ordusu döyüş meydanından rüsvayçı şəkildə qaçan dövlətin MN rəhbərinin Qarabağa gəlməsi yolverilməzdir. Rusiya sülhməramlıları elə Laçın dəhlizinin girişindəcə həmin şəxsi saxlayıb, gəldiyi yerə yollamalıydı. Erməni nazirə birbaşa şəkildə izah olunmalı idi ki, onun Azərbaycan torpaqlarına daxil olması mümkünsüzdür.

O zaman həmin nazir də hazırda rəhbəri olduğu "ordu"nun bir il öncəki taktikasından istifadə edərək düz İrəvana kimi arxasına baxmadan gedərdi. Sülhməramlılar buna göz yumubsa, o zaman bu erməni təxribatında elə onların özləri qədər günahkardırlar.

Əgər Rusiya sülhməramlıları sadə dillə bu həqiqəti izah edə bilmirsə və ya etmək istəmirsə, erməni nazir və onunkimilər reallığa qarşı birbaşa təxribatla məşğul olurlarsa, Azərbaycan dövlətinin və ordusunun qüdrətini onlara xatırlatmasına çox vaxt tələb olunmur. Çox yox, cəmi bir il öncə iti qovan kimi qovulduqlarını unudublarsa, həmin iti yenidən rədd edəcək "dəmir yumruq" yerindədir!/Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2305   Tarix: 09 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr