Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO

Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOO, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.

Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən Vətən müharibəsi başlayır.

Modern.az qalib ordunun qalib əsgəri, Vətən müharibəsinin unudulmaz ismi, "Topçu" ləqəbi ilə tanınan Vüsal Şahkərimovla həmsöhbət olub.
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO"İndi ötən ili düşünəndə, xatırlayanda həm kədər, həm də sevinc hissi keçirirəm. Yaxınlarımız, o cür igid oğullar qəhrəmancasına şəhid oldular. Qismət belə imiş... Torpaqlarımızı geri almağımız, qalib olmağımız, 30 illik həsrətə son qoyulması sevinci isə bir başqadır. Onu sözlə ifadə etmək çətindir. Bu sevincdə mənim də payımın olması, o döyüşlərdə Azərbaycan əsgəri kimi iştirak etməyimin qürurunu hələ də yaşayıram", - deyə V.Şahkərimov qeyd edib.
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOVüsal döyüşlərə ilk olaraq Füzuli rayonundan başladıqlarını deyir:

"Daha sonra Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdim. Sonda hərbi hissəmizi Şuşaya köçürdülər. Döyüşlər bitəndən sonra 2021-ci ilin iyul ayının 1-də Şuşadan tərxis olundum. Altı ay artıq, toplamda 24 ay hərbi xidmət göstərdim. Bununla da ayrıca qürur duyuram".

Bir il bundan öncə hər kəsin fəxrlə paylaşdığı fotonu, yəqin ki, xatırlayırsınız. Bəli, "Topçu" ləqəbini ona qazandıran həmin fotonun çəkilmə anını xatırlayır, qəhrəmanımız:

"Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi.
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOHər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı.

Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı".

Bir müddət sonra həmin məşhur fotonu ondan icazəsiz spirtli içkilərin üzərinə vururlar. Bundan xəbəri olanda isə dərhal etiraz edir:

"Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar".

Qalibiyyətə qədər müharibə həm də təhlükə, ölüm, həyəcan hissi yaşadır...

"Döyüşə səfərbərliklə gələnlərlə birgə başladıq. İlk başladığımız gün qorxu yox, az müddət həyəcan oldu. Sonra alışdıq. Füzuli rayonunda döyüşlərin birində unuda bilmədiyim bir hadisə yaşadım. Düşmən ordusu yerimizi tapmışdı. Dayanmadan mərmi yağdırırdılar. Qəlpə səfərbərliklə gələn əsgər yoldaşımın belinə dəydi. O an dostuma nəsə olar deyə çox qorxdum. Şükür Allaha, ciddi xəsarət almadı. Bizim diviziyada şəhid yox, yaralılar oldu. İndi hamımızın bir-birimizlə əlaqəmiz var. Yeri gələndə görüşürük də".
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOTopçu Vüsal qələbədə onun da payının olmasını necə bir hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkdiyini etiraf edir:

"Qısacası deyim ki, böyük qürur hissidir. Kimlərinsə yanında söhbət edəndə Azərbaycan oğlu, əsgər olaraq müharibədə iştirak etdiyim üçün fəxr edirəm".

Qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub.

Hamımızın Topçu Vüsal kimi tanıdığı qəhrəmanımız hazırda Xaçmaz rayon Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında kargüzar kimi çalışır.
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3448   Tarix: 09 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr